İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikalılar Trampın siyasətini təhlil edir – Musavat.com Ağ Evin qarşısında sorğu keçirdi (FOTOLAR, VİDEO)

3565 03.03.2017 17:52 Gündəm A A

Dəmir məftillərlə hasarlanmış Ağ Ev və Trampla bağlı amerikalıların düşüncəsi birmənalı deyil

ABŞ prezidenti Donald Trampın hakimiyyətə gəlişindən sonra Amerika ilə yanaşı, dünya da qaynar gündəm yaşayır. Yeni prezident bu günə qədərki əzbərləri pozmağa çalışır.

Vaşinqtondakı Ağ Eviin həndəvəri isə yenə də ziyarətçi axınına uğrayıb. Onlar Ağ Evə bu dəfə daha uzaqdan və yasaqların fonunda baxırlar. Belə ki, Tramp hakimiyyətə gəlişindən qısa müddət sonra Ağ Evi dəmir məftillərlə hasarlayıb. Artıq ərazidə təmir işləri başlanıb. Bu isə bizim yarızarafat-yarıgerçək dediyimiz o fikri bir daha təsdiqləyir: Tramp tipik azərbaycanlı obrazını xatırladır. Vəzifəyə gələn gündən hər şeyi təzələməyə, “kapremont” etməyə üstünlük verir.

Amma Amerika cəmiyyətində müxtəlif fikirlililk hökm sürür. Sürpriz şəkildə Donald Trampı prezident seçən xalqın ona münasibəti də birmənalı deyil.

Sorğumuzun nəticəsi də bunu ortaya çıxardı. Sual belə idi: Donald Trampın siyasətini bəyənirsizmi?

Sorğu zamanı sakinlərdən biri bildirdi ki, bu suala cavab verməkdə çətinlik çəkir: “Biz hazırda fərqli şeylər görürük. Ona görə də bir söz demək çətindir. Hər şey qeyri-müəyyəndir”.

Gənclər isə sualdan yayınmağa çalışırdılar. “Mən bu barədə düşünməmişəm və suala cavab verməkdən yayınıram” - deyən gənc xanımlar sorğuda iştirak etmədilər.

Orta yaşlı bir xanım isə bildirdi ki, Trampın siyasətini bəyənmir: “Yox, mən heç razı deyiləm. Çünki Amerikanın əsas prinsiplərindən biri fərqliliklərin, fərqli düşünənlərin bir araya gəlməsidir. Heç birimiz burada yerli deyilik. Əksinə, sonradan gəlməyik. Ya da ən azından yerlilərdən daha az yerliyik. Hamımız miqrantıq və bu, Amerikanı gözəl edir. Amerika onsuz da böyükdür”.

“Mən onun siyasətini bəyənmirəm. Çünki o, yaxşı işlər görmür” - deyən vaşinqtonlu da sorğuda açıq cavab verənlərdən idi.

Amma Trampa müsbət münasibət göstərənlər də az deyildi. Rəy sorğusunda iştirak edən qadınlardan biri bildirdi ki, Trampın siyasətini bəyənir: “Çünki Amerikanı güclü görmək istəyirəm. Trampın seçki kampaniyasında da qeyd olunduğu kimi, biz Amerikanı yenidən böyük edəcəyik”.

Sevinc TELMANQIZI,
Vaşinqton, Amerika

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR