ABŞ prezidenti bürger və colasevər çıxdı, onu Reyqana bənzədirlər
71 yaşındakı ABŞ prezidenti Donald Trampın çox müzakirə olunan ağıl, ruh və bədən sağlamlığı ilə bağlı mübahisələr cümə günü baş tutacaq tibbi müayinədən sonra sona yetəcək. Müayinə yanvarın 12-də baş tutacaq, nəticələri isə bir müddət sonra ictimaiyyətə açıqlanacaq.
Musavat.com xəbər verir ki, “Valter Reed” Beynəlxalq Hərbi Tibb Mərkəzində nəzarətdən keçəcək Tramp ABŞ prezidenti olaraq ilk dəfə bu proseduru yaşayacaq. “Qəzəb və Hirs. Trampın Ağ Sarayının içindən” adlı kitabda da Trampın sağlamlığı ilə bağlı bir çox mübahisəli iddia yer almışdı.
Əqli sağlamlığı ilə bağlı eyhamlara Tvitter üzərindən od püskürən 71 yaşlı Tramp özü haqqında “çox istiqrarlı bir dahiyəm” deyib və bu ifadələri zarafat mövzusu olub. Amerika mediasının isə mövzunu gündəmdən düşürmək niyyəti yoxdur.
İndi bütün gözlər Trampın cümə günü baş tutacaq həkim ziyarətindədir. Ağ Ev prezidentin həkim nəzarətindən keçəcəyini sözügedən qalmaqallı kitabın yayımlanmasından öncə (28 dekabr 2017) açıqlamış olsa da, kitabla paralel bu ziyarət də diqqət cəlb edən bir hala gəldi.
OBAMANI DA EYNİ HƏKİM MÜNAYİNƏ ETMİŞDİ
Tramp prezidentlik kreslosuna oturandan sonra ilk dəfə sağlamlıq nəzarətinə girəcək və keçdiyi testlərin nəticələri cəmiyyətə açıqlanacaq. Sağlamlıq nəzarətini “Valter Reed” Beynəlxalq Hərbi Mərkəzdə həyata keçirəcək şəxs isə Ağ Evın həkimlərindən olan Ronni Ceksondur. Hərbi həkim statusuna sahib həkim Cekson Trampın sələfi Obamanın da həkim nəzarətlərini həyata keçirən şəxsdir.
BƏDƏN-KÜTLƏ İNDEKSİNİ AÇIQLAMAQ İSTƏMİR
Donald Trampın iki il öncə prezident namizədliyi zamanı yayımladığı sağlamlıq sənədlərində bir çox önəmli məlumat yer almamışdı. Müzakirələrdən sonra Trampın şəxsi həkimi Harold Bornstein bildirmişdi ki, “Rahatlıqla deyə bilərəm ki, seçilərsə, vəzifəyə gəlmiş ən sağlam prezident olacaq” şəklində bir açıqlama vermişdi. “Qəzəb və Hirs”in yazarı Volfa görə, Tramp həmin dönəmdə şişman olaraq damğalanmaqdan qorxduğu üçün özü haqqında yalan söyləyərək, həqiqi bədən kütlə indeksinin ortaya çıxmasını əngəllədi.

SAĞLAMLIQ ARAYIŞINDA NƏLƏR YER ALIR?
Ağ Saray həkimi tərəfindən cəmiyyətə açıqlanan rəsmi sağlamlıq arayışında ənənəvi olaraq prezidentin boyu, çəkisi, vücud kütlə indeksi, nəbzi və təzyiqi yer alır. Bundan öncəki Amerika prezidentlərinin arayışlarında xolestrol, şəkər, görmə, eşitmə, dəri quruma, tiroid, beyin funksiyaları ilə duyğu sistemlərinə bağlı laboratoriya nəticələri də yer alır. Əsasən rəsmi sağlamlıq arayışı ünsürləri arasında prezidentin tətbiq etdiyi dieta və siqaret çəkib-çəkməməsi kimi detallar da yer alır.
BURGER YEMƏDƏN DAYANA BİLMƏYƏN TRAMP
Prezident Donald Trampın qolf xaricində bir idmanla məşğul olmadığı bilinir. Trampın Oval Ofisdə baş tutan telefon danışıqlarının bir çoxunda masasının üstündə Diet Cola olması diqqət çəkir. Yaxın iş yoldaşlarının dediklərinə görə, Tramp nəhəng bürger və milkşeyklərə xüsusi meylliliyi ilə seçilir. Maykl Volf kitabında Trampın ən sevdiyi şeylərdən birinin yataqda televizora baxarkən çizburger yemək olduğunu iddia etmişdi.
REYQANIN ALZHEIMERİYLƏ MÜQAYİSƏ EDİLİR
Cəmiyyətin ən çox diqqətini çəkən isə Trampın bədən sağlamlığından daha çox ruh sağlamlığı və beyin funksiyalarıdır. Trampın keçən noyabr ayında bir mətbuat konfransı zamanı qabağındakı su şüşəsinə əlini uzadarkən etdiyi şüursuzcasına hərəkətlər günlərlə müzakirə olunmuşdu. Televiziyalardakı müzakirə verilişlərinə qatılan bəzi həkim və psixoloqlar Trampın görüntüləri üzərindən ABŞ prezidentində Alzheimer ya da xərifləmə başlanğıcı ola biləcəyilə bağlı analizlər etmişdi.
Bəzi detallara da diqqət edək. ABŞ prezidenti Qüdsü İsrailin paytaxtı elan etdiyi dartışmalı qərarını açıqlarkən dili sürüşmüşdü. Açıqlaması zamanı sözlərini tamamlamaqda çətinlik çəkən Trampın bu danışığı lağlağı mövzusu olmuşdu. ABŞ prezidenti hətta ölkəsini adı olan “United States”in tələffüzündə belə yanlışklığa yol vermişdi - “Steyts” yerinə “şiteyts” olaraq yanlış tələffüz etmişdi.
Amerikan mediasında Trampın durumunu keçmiş prezidentlərdən olan Ronald Reyqanla müqayisə edənlərin sayı isə çoxdur. Reyqana Alzhemier diaqnozu prezidentlik kreslosundan hardasa 5 il sonra qoyulmuş olsa da, prezidentliyinin ikinci dönəminin sonlarında nitqini tamamlaya bilmədiyi, ya da düzgün sözləri tapmaqda çətinlik çəkdiyi yada salınır. Tramp ABŞ-ın İsraildəki səfirliyini Qüdsə daşıyacağını elan etdiyi açıqlama zamanı dilinin dolaşmasını bu bənzətmə üçün əsas kimi görən həkimlər var. Nevroloq Sanjay Gupta, “The Atlantic”ə açıqlamasında bildirib ki, prezident Trampın sözügedən nitqi tibbən bir anomaliyaya qarşı gəlməsinin nümunəsidir və bu, ani bir ifliclə də bağlı ola bilər.
Sevinc TELMANQIZI, musavat.com






