Amerikalı milyoner qaçqınlar üçün ayrıca dövlət yaratmağı təklif edir
Yəhudi əsilli amerikalı milyoner, San-Fransiskoda daşınmaz əmlakın satışı ilə məşğul olan Ceyson Buzi istənilən ölkədən olan qaçqınların yaşayacağı yeni dövlət yaratmağı təklif edib. Musavat.com-un “The Huffington Post”a istinadən verdiyi xəbərə görə, biznesmen hesab edir ki, onun ideyası reallaşarsa, bu, bütün Yer üzündəki qaçqın probleminin radikal həllinə gətirəcək.
Öz layihəsinin reallaşması üçün Buzi ölkələrin istifadə olunmayan torpaqlarını və ya dənizdə tökmə adalar təklif edir. Onun sözlərinə görə, İndoneziya və Dominikan Respublikası kimi dövlətlər öz ərazilərinin bir hissəsini satmağa razı olacaq və yeni ölkə dünyanın 60 milyonluq qaçqını üçün etibarlı vətən olacaq.
Biznesmen örnək kimi son 100 illiyin yeganə belə uğuyrlu layihəsi qiamində İsraili göstərib. “İsrail mahiyyət etibarilə elə qaçqınlar ölkəsi olaraq yaradılıb – doğrudur, ancaq sırf yəhudi qaçqınların ölkəsi kimi” - əlavə edib o.
Musavat.com






