İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikalı diplomat: "Qarabağ münaqişəsinin həlli prosesi yaxşı addımlarla davam edir"

863 17.07.2018 17:51 Siyasət A A

"Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ABŞ və Rusiya prezidentləri arasında baş tutan danışıqların gündəmində olmasa da, Minsk qrupunun statusunda dəyişiklik aparmaq üçün heç bir səbəb görümürəm".

Bunu "Report"a ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam Gill ABŞ və Rusiya prezidentləri Donald Tramp ilə Vladimir Putin arasında iyulun 16-da Helsinkidə keçirilmiş görüşün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin aktivləşdirilməsinə təsir edib-etməyəcəyi ilə bağlı suala cavab verərkən deyib.

U.Gill bu prosesdə aktivləşmənin mümkünlüyünə əminliyini bildirib: "Bu proses vaxt tələb edir. Ermənistan hökumətində dəyişiklik olub və bu, ola bilsin, müəyyən aktivlik üçün yol açır".

ABŞ-ın müvəqqəti işlər vəkili həmçinin növbəti bir neçə ay ərzində ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfər edə biləcəyini də istisna etməyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR