İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikalı biznesmen Runinin çalışdırdığı futbol klubunu alır

419 26.10.2021 16:47 İdman A A

Amerikalı is adamı Kris Kirşner İngiltərə millisinin sabiq kapitanı Ueyn Runinin çalışdırdığı “Derbi Kaunti” klubu üçün 50 milyon funt-sterlinq təklif edib.

Zəngin iş adamı Kirşner şəxsi təyyarəsi ilə Midlands şəhərinə səfər etdikdən sonra bu klubu əldə etməyə çalışacağını deyib.

Kirşner həmçinin İngiltərə Premyer Liqasında üzləşdikləri ümumi xal cəzalari ucun İFL-ə apelyasiya şikayəti etmək niyyətində olduğunu bildirib.

Klubun və stadionunun keçmis sahibi Mel Morrisdən alınması Kirşnerə təxminən 50 milyon funt-sterlinqə basa gelecek. Bu zaman yeganə maneə klubun aşagı liqaya düşmək təhlükəsidir.

Amerikalı idman həvəskarı komandaya çempionatda mövcud olmaq sansı vermək istəyir.

Bunun Runi üçün yaxsı xəbər olmasına baxmayaraq, o da məlum olub ki, Uikom administrasiyası “Derbi Kaunti” qarşı çoxmilyonluq təzminat davası açaraq klubun onları “asagı çəkdiyi”ni iddia edib.

Kamilə, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR