İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikada ət qıtlığı yaranıb - Nəhəng şirkətlər müştərilərə xəbərdarlıq etdi

609 05.05.2020 14:02 Dünya A A

Təqdim etdiyimiz fotonlar və video Böyük Britaniyanın “The Daily Mail” qəzeti tərəfindən bu gün yayılıb. Foto “Mal əti haradadır?” başlığı ilə təqdim olunub. Qəzet yazır ki, koronavirus pandemiyası ucbatından Amerikada ət çatışmazlığı hiss olunur. “Wendy's” kimi “fast food” restoranları artıq əti menyudan çıxarmaq məcburiyyətində qalıb. “Costco” və “Kroger” şirkətləri də ət ehtiyatlarının tükəndiyini elan edib.

Adı çəkilən şirkətlər Britaniya oxucusuna çox şey deyir. Ancaq Azərbaycan oxucusu bu şirkətlər barədə o qədər də məlumatlı deyil. Bu boşluğu doldurmaq üçün bunlara diqqət etmək yetər:  “Wendy’s” restoranlar şəbəkəsidir. Amerikada və dünyanın bir çox yerində 7 minə yaxın restoranı var. “Burger King”, “Subway” və “McDonald’s” kimi şirkətlərlə rəqabətdədir.

“Costco Wholesale Corporation” dünyada ən çox ərzaq anbarlarına sahib olan şirkətdir. Topdansatışla məşğuldur. Bu baxımdan Amerikada 5-ci sırada gedir.

Some Wendy's fast food chain locations have taken beef off their menu due to meat shortages triggered by the coronavirus pandemic. Some stores only offered chicken items on their menus citing production challenges at beef plants

“The Kroger Co” Amerikada 2.500-dən artıq super-marketə sahibdir. İllik dövriyyəsi 60 milyard dollardan çoxdur.

Belə nəhəng şirkətlər ətin qəhətə çəkildiyini rəsmən elan edir və bu, vəziyyətin nə qədər kritik olduğunu göstərir.

Artıq amerikalı alıcılar arasında qəzəbli müştərilərin sayı sürətlə artır. Onlara ət əvəzinə toyuq təklif edirlər. Amerikada 20-dən çox ət qablaşdırma müəssisəsinin işçiləri arasında COVID-19 virusu yayıldıqdan sonra bağlanıb, ən azı 20 işçi ölüb və ən azı 5 min işçi virusa yoluxub. Buna baxmayaraq, ət tədarükü müəssisələrinin yenidən açılması tələbi ilə yerli işçilər etiraz aksiyaları keçirirlər.

Grocery warehouse Costco said on Monday it would limit customers to just three packages of meat per shopper. A look at emptying meat shelves pictured above at a Costco in North Miami

ABŞ dünyanın ən nəhəng ölkələrindən biridir. Belə bir ölkədə ət qıtlığının yaranması ciddi siqnal kimi dəyərləndirilir. Eyni prosesin digər ölkələrdə də müşahidə olunacağı qaçılmaz görünür.

Özü də ət qıtlığı tez gözə girir. Şübhəsiz ki, bu qıtlıq digər ərzaq mallarının satışında da ortaya çıxacaq. Müəssisələrin, istehsalın aylarla işləməməsinin nəticəsi getdikcə daha aydın şəkildə ortaya çıxacaq.

Elbəyi Həsənli, Sürix
Musavat.com

https://www.dailymail.co.uk/news/article-8287139/Wendys-takes-burgers-menu-Costco-Kroger-warn-meat-shortages.html

Kroger supermarkets posted an alert on its website saying there is limited inventory 'due to high demand'.  Empty meat shelves pictured at an Atlanta Kroger on Friday

Meat is flying off grocery shelves across the country due to shortages and increased demand by families riding out the quarantine at home. Empty meat shelves at a Walmart Supercenter in Dallas, Texas pictured April 30

Protesters pictured rallying outside a Smithfield Foods meat packing plant in Crete, Nebraska, demanding for better working conditions on Saturday with a sign that said: 'You need meat for two weeks? I need my parents ALIVE!'

Protesters in Crete, Nebraska held posters that said 'Out parents are Essential not Dispensable' and #PPE for ALL' on Saturday

A worker wearing protective equipment are at the entrance of the Cudahy Smithfield meatpacking plant in Cudahy, Wisconsin on Monday April 27 after Smithfield Foods announced a partial shutdown of the facility following an outbreak of COVID-19 among employees

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR