İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerika mediası Rusiyadakı atəşfəşanlıqdan yazır: "Bəlkə Tramp həqiqətən də Rusiyanın agentidir?”

1525 20.10.2019 20:02 Siyasət A A

“Biz onu yenidən Amerikaya prezident seçdirməliyik”

Amerikanın “The Daily Beast” saytı prezident Trampın Amerika qoşunlarını Suriyadan çıxarmaqla bağlı verdiyi qərarın Rusiyada doğurduğu əks-səda ilə bağlı geniş yazı hazırlayıb. Həmin yazıda diqqət çəkən məqamlar çoxdur. 

"Putin lotereyada qazandı! Rusiya Yaxın Şərqdə gözlənilmədən hamıya qalib gəldi”, deyə "Moskovskiy Komsomolets" qəzetində Mixail Rostovski vurğulayır.

"Trampın Rusiya üçün faydasız olduğuna əmin olanlar bir daha düşünməlidirlər...Trampın Suriyadakı səhvi, Moskvanın Yaxın Şərqdəki mövqeyini daha da gücləndirdi. Amerikanın isə rasional siyasi oyunçu və etibarlı tərəfdaş kimi nüfuzuna ciddi xələl gətirdi.”

Rusiyanın aparıcı gündəlik qəzeti "Kommersant"ın beynəlxalq siyasət üzrə redaktoru Maksim Yusin Amerika prezidentinin Kremlə fayda gətirən anlaşılmaz hərəkətindən heyrətə gəldiyini etiraf etdi: "Bütün bunlar Rusiyanın xeyrinədir. Bilirsinizmi, mən son vaxtlar Trampın davranışlarını izləyirəm və təlaşlı fikirlərlə üzləşirəm. Bəlkə o, həqiqətən də rus agentidir? O, ümumiyyətlə, Rusiyanın, xüsusən də Putinin beynəlxalq imicini gücləndirmək üçün çox çalışır. Trampın yeritdiyi siyasətdən ən çox ziyana düşən Amerikadır.”

"Rusiya gözlənilmədən Suriyada hamıya qalib gəldi”

"Belə şeyləri görmək çox xoşdur", - Rusiyanın “60 Minutes” dövlət televiziya proqramının aparıcısı Olga Skabeeva gülümsəyir. "Rus əsgərləri Amerika bazasını döyüşə girmədən tam nəzarətə götürür!". Skabeevanın verlişində qonaq olan Evgeny Popov əlavə edir: "Biz Suriyada gözlənilmədən hamını məğlub etdik...Görürsünüzmü, bu Amerika bazasıdır və onlar Suriyadan qaçır! Tramp da qaçdı! ”

"Amerikanın bu şəkildə alçaldılmasından uzun bir müddət keçib", politoloq Mixail Sinelnikov-Orişak deyir: "Vyetnamdan bəri belə bir ssenarini xatırlaya bilmirəm. Bizim üçün bu bölgə xüsusi maraq doğurur, çünki bura dünyada enerji qiymətlərinin təyin olunduğu əsas bölgədir." Politoloq Andrey Nikulin razılaşır:" Bu, Amerika üçün kədərlidir. Suriyadan qaçmağı Vyetnamda baş verənlərin daha kiçik miqyaslı təkrarı da adlandırmaq olar."

TV-şouda Vladimir Solovyevlə birlikdə çıxış edən politoloq Evgeny Satanovski isə deyib ki, Trampın Suriyadan çəkilmsi və kürdlərdən imtina etməsi ABŞ-ın imicinə və mövqeyinə ciddi xələl gətirdi: “Amerika hamıya xəyanət etdi ... Tramp Türkiyə iqtisadiyyatını məhv edəcəyini vəd edərkən Türkiyədə anti-Amerikan əhval-ruhiyyəsini daha da gücləndirdi. Türkiyədə anti-amerikanizm bütün sədləri aşdı.”

"Amerika Bəşər Əsədin hakimiyyətdən kənarlaşdırılması üçün əldə etdiyi şansı birdəfəlik itirdi. Halbuki amerikalılar öz hədəflərinin bir addmlığına çatmışdı", -rusiyalı millət vəkili Oleq Morozov belə deyib.

Prezident Trampın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana yazdığı primitiv məktub da rusları sevindirir. Rusiyalı tele-aparıcı Olga Skabeeva deyir: “Amerika prezidentini başa salmaq lazımdır ki, barmağı buruna soxmaq olmaz. Bu, çox iyrənc və qəbuledilməzdir.”

Türkiyə prezidenti isə Trampın məktubunu zibil qutusuna atdı. Ərdoğan bu təhqiri unuda bilməyəcəyimi söylədi, dedi ki, vaxtı çatanda bu məktubla əlaqədar "lazım olanı edəcəyik."

Prezident Tramp ilə prezident Ərdoğan arasındakı məktub mübadilələrini müzakirə edən Rusiya Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi Komitəsinin sədri Leonid Kalaşnikovun şərhi isə belə olub: “Bu iki təlxəyin bir-birlərinə bu cür məktub yazmasına əhəmiyyət vermirəm. Yalnız buna təəssüflənmək olar. Amerikalıların Suriyanı tərk etməsi bizim üçün daha yaxşıdır? Əlbəttə! Ərdoğanla sövdələşməyə gedəcəyikmi? Əlbəttə, sövdələşməsiz olmaz."

Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Franz Klintsevich isə deyir ki, Amerikanın Yaxın Şərqdən çəkilməsindən Rusiya hərtərəfli şəkildə faydalanacaq, bölgədə ən önəmli oyunçuya çevriləcək. O, Amerikanın Suriyadan çəkilməsinin Rusiyanın qlobal qələbəsinin təmin etdiyini deyib. Rusiya hərbi əməliyyatlar, diplomatiya və xarici siyasət sahəsində Amerikadan daha üstün olduğunu nümayiş etdirib.

Politoloq Mixail Sinelnikov-Orishak cənab Trampa minnətdar olduğunu bildirib:”Trampa baxıram və düşünürəm: “Allah ona can sağlığı versin və o, bir dəfə də prezident seçilsə Rusiya üçün əla olar. Rusiya əslində oturduğu yerdə başqalarının etdikləri səhvlərdən əldə etdiyi dividentləri yığmaqdadır ... Buna görə də Trampa cansağlığı arzulayıram. Kaş o, yenidən prezident seçilsin ... Tramp əla namizəddir. Mən onu alqışlayıram..."

Rusiya üçün Trampın prezident olması böyük bir hədiyyədir. Kremlin təbliğatçıları ABŞ-da prezidentliyə namizədlər arasında Trampdan daha məqbul alternativ görmürlər.

Gecə televiziya şousunun aparıcısı Vladimir Solovyev isə kinayəli şəkildə deyir: "Görünür, Rusiya yenidən cənab Trampı Amerikada prezident seçdirməlidir."

Elbəyi Həsənli, Sürix
Musavat.com

https://news.yahoo.com/russian-media-cheers-trump-moves-202804950.html

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR