İnsanlara hürriyət, millətlərə istiqlal!

Amelidən Bakıya yeni təhdid: “Azərbaycan "Mossad"ın qərargahı olarsa..."

4042 26.04.2023 08:50 Gündəm A A

Bəzi ekspertlərə görə, tərəflər arasında buzlar ərimək üzrədir; bəs Ərdəbilin imam-cüməsi Seyid Həsən Ameli niyə hələ də...

İranla Azərbaycan arasında gərginliyin aradan qaldırılması üçün xarici işlər nazirləri arasında telefon danışıqlarından sonra tərəflər arasında “nisbi sakitlik” hökm sürdüyü qənaəti yaranır. Bəzi ekspertlərə görə də tərəflər arasında buzlar ərimək üzrədir, rəsmi Tehran öz ittihamedici mövqeyindən qismən geri çəkilmək niyyətindədir. Amma Ramazan bayramında da İrandan yeni təhdidlərin olması təəssüf doğurur.

Bu dəfə Ərdəbilin imam-cüməsi Seyid Həsən Ameli Azərbaycan əleyhinə əsassız ittihamlar səsləndirib. O, Azərbaycanın İsraillə siyasi münasibətlərini hədəfə alıb. Xarici işlər naziri Eli Kohenin Bakıya və Aşqabada səfərlərini məkrli niyyət kimi yozan H. Ameli bildirib: “İsrail xarici işlər naziri Azərbaycana və Türkmənistana göndərildi və Aşqabadın İran sərhədindən 27 kilometr aralıda olmasından məmnunluğunu bildirdi. Bu o deməkdir ki, biz asanlıqla İrana casusluq edə bilərik və İranın təhlükəsizlik vəziyyətini poza bilərik”. Bundan sonra “əyalət mollası” rəsmi Bakını İranın maraqlarını nəzərə almamaqda ittiham edib. “İndi Azərbaycan İrana qarşı İsraillə strateji əməkdaşlıq etmək qərarına gəldiyinə görə bir məsələyə diqqət yetirməlidir: Əgər bütün Azərbaycan İsrailin aeroportu olarsa, bütün Azərbaycan İsrailin hərbi bazası olarsa, bütün Azərbaycan "Mossad"ın qərargahı olarsa belə, sonda heyfsilənməkdən başqa bir şey qalmayacaq. Bütün bu hərəkətlər suya yazıb müşkə üfürməkdir". H.Ameli çıxışında Azərbaycan hökumətinin İsraildə səfirlik açmasını qınayıb, Təl-Əvivlə hərbi-siyasi əməkdaşlıqdan çəkinməyə çağırıb. Bu isə bir daha göstərir ki, rəsmi Bakının yürütdüyü xarici siyasət Tehranda açıq qısqanclıq və qıcıqla qarşılanır. Tehran münasibətlərin normallaşması üçün ölkədəki “pis ağızları” ya yuma bilmir, ya da bunu istəmir.

AMİP-in qurultayı onlayn keçirilə bilər - Əli Orucov

Əli Orucov 

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov ölkəmizin Tehranın  maraqlarını hər zaman nəzərə aldığını qeyd etdi: “Mən deməzdim ki, İranla Azərbaycan arasında münasibətlərdə yumşalmalar var. Rəsmi Tehranın Bakıya qarşı mövqeyi dəyişməz qalır. Yəni Azərbaycanın müstəqil və güclü dövlət olmasını, milli maraqlarını öz istədiyi kimi qorumasını heç vaxt istəməyib. Bunun da əsas səbəbi ondan ibarətdir ki, Araz çayı ayrıcı deyil, birləşdirici çay ola bilər və Bütöv Azərbaycan ideyası gerçəkləşə bilər. Bu isə molla rejiminin süqutu deməkdir. Zənnimcə, rəsmi Tehran açıq şantaj və hədə ritorikasından, güc nümayişindən, terror və təxribat taktikasından tam imtina etmədən paralel olaraq yumşaq gücdən, daha hiyləgər üsullara əl atmaqla öz məqsədlərinə çatmağı hədəfləyib.

İranı təkcə Azərbaycanın İsraillə əlaqələrinin genişləndirməsi, əməkdaşlığının daha da dərinləşdirməsi ilə bərabər, Azərbaycanın Cənubi Azərbaycana mümkün ciddi təsirləri ciddi narahat edir. Beynəlxalq hüquq deyir ki, hər bir suveren və müstəqil dövlət öz müttəfiqlərini, dost və əməkdaşlıq etmək istədiyi dövlətləri seçə bilər. Molla rejiminin Azərbaycan-İsrail əlaqələrinə müdaxilə cəhdi və bundan qıcıqlanması başadüşülən deyil. Doğrudur, İran rəsmiləri bildirirlər ki İsrailin Azərbaycanda olması İranın maraqlarına uyğun deyil. Bunu təhdid kimi qələmə verirlər. Lakin rəsmi Bakı da dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazisindən və hava məkanından üçüncü dövlətə qarşı hər hansı hərbi və digər əməliyyatlar üçün istifadə edilməsinə icazə verilməyəcək. Və rəsmi Bakı da həmişə İranın maraqlarını nəzərə alıb. Azərbaycan-İsrail əlaqələrinin dərinləşməsi də məhz regionda sülhə və əmin-amanlığa töhfə verəcək. Azərbaycanın xarici siyasəti İran və Ermənistandan fərqli olaraq təcavüzkar siyasət deyil, dinc, yanaşı və mehriban qonşuluq şəraitində yaşamaq, eyni zamanda maraqları uzlaşdırmaqdan, sülhə və təhlükəsizliyə nail olmaqdan ibarətdir. Azərbaycanı kimlərsə xəfifə alırsa, ciddi səhvə yol verir. Xüsusən də İranın bəzi rəsmi və qeyri-rəsmi dairələri. Adıçəkilən həmin imam cümə şiəlikdən dəm vurur, amma ən yaxın dost-müttəfiqi azərbaycanlı şiə qardaşını öldürür, torpağını işğal edib yağmalayır, məscidlərini, dini tarixi ziyarətgahların təhqir edir səsi çıxmır.

Hətta bu cinayətlərdə və vandalizmdə birgə çıxış edirlər. Hesab edirəm ki, Tehran rejimi nə qədər özünü dost və din qardaşı pərdəsi altında gizlətməyə çalışsa da, əsl xisləti ört-basdır edə bilmir. Azərbaycan tərəfi bir dəfə də olsun İranın molla rejiminə Ermənistanla müttəfiqlik etməsinə, hətta tələm-tələsik Qafanda konsulluq açmasına irad bildirmədi. Niyə? Çünki beynəlxalq hüquqa sayğısı var. Düşünürəm ki, İranın hiylələrinə, hədə-qorxularına, şantajlarına, hətta bundan sonra da ehtimal olunan təxribat və terroruna baxmadan bütün sahələr üzrə İsraillə əlaqələri və əməkdaşlığı genişləndirməkdə fayda var".

Rəsmi səviyyədə Fransanın tarixi keçmişini özünə xatırlatmağın vaxtıdır

Züriyə Qarayeva

Siyasi ekspert Züriyə Qarayeva cənub qonşumuzun niyyətinə nail olmayacağını düşünür: “İran Azərbaycanın müstəqillik qazanmasından üzü bəri ona hər zaman, yumşaq desək, qısqanc münasibət bəsləyib, məkrli siyasət yürüdüb. İslam həmrəyliyini, haqq-ədaləti kənara qoyaraq ermənilərə qucaq açıb. Bu gün davam edən təhdid ritorikası heç bir əndazəyə sığmır. Tehran nəyəsə görə məhz Vətən müharibəsindən sonra Azərbaycanda sionist axtarışına başladı. Məhz qazandığımız uğurlardan sonra öz qırmızı xəttini müəyyənləşdirməyə başladı. Tehrandakı səfirliyimizə qarşı törədilən terror aktı, İrana işləyən casus şəbəkəsinin yetişdirilməsi, becərilən narkotikin Azərbaycana ötürülməsi, Zəngəzur dəhlizinin reallaşmasına əngəl yaradılması, Qafanda tələm-tələsik baş konsulluğun açılması qərarının verilməsi, Amelinin təhdid dolu növbəti çıxışı da bu ölkənin əsl niyyətini ortaya qoyur. Tarixi torpaqlarımızın şimal qonşumuzla birgə bölüşdürülməsi, ardınca soydaşlarımız arasında tarixin saxtalaşdırılmasına çalışılması, ölkəmizin gücü əleyhinə ideoloji təlqin ritorikasının yürüdülməsi bu siyasəti tətikləyib. İndi isə Azərbaycanın tam müstəqil olması, güclənməsi, öz hərbi gücü hesabına torpaqlarını işğaldan azad etməsi cənub qonşumuzu hiddətləndirib. Molla rejimi günlərin birində ölkəmizin iki əsr öncə itirdiyi torpaqlarına da dönüş edəcəyindən narahatdır. Üstəlik, şovinist ideologiya yürüdən bu ölkə regionda alternativ gücün formalaşmasından narahatdır. Bu gün Azərbaycan və Türkiyə ittifaqı regionda siyasi konfiqurasiyanı kökündən dəyişib, güclü Türk dünyası üçün əsl fundament formalaşdırıb, regionun əsas layihələrinin icraçısı və iştirakçısı olub. Uğurlarımızı həzm edə bilməyən, ölkəmizi qarşılıqlı reaksiya verməyə vadar edərək imicini pozmağa çalışan İran niyyətinə nail olmayacaq”.

Görüş yerini dəyişmək olmaz - Kənan Novruzov yazır

 Kənan Novruzov

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov isə qeyd etdi ki, oxşar məzmunlu açıqlamalar narahatlıq doğurur: “Bu cür bəyanatlar İranın Azərbaycana qarşı kininin təzahürü olmaqla yanaşı, həm də "nəbz yoxlamaq" cəhdləridir. Belə açıqlamalar bundan sonra da veriləcək. Xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin israilli həmkarı İsaaq Hersoqu ölkəmizə dəvət etməsi və ehtimal olunan səfər ərəfəsində belə təhdidlər yenə səslənə bilər. İranın hazırkı ritorikasının arxasında dayanan əsassız qorxu və narahatlıqdır. Rəsmi Tehran başa düşməlidir ki, Azərbaycanın inkişafı və bizim digər dövlətlərlə əməkdaşlığımız kimsə, o cümlədən İran üçün təhdid deyil. Molla rejimi bunu anlasa, münasibətlərdəki “soyuq küləklər” aradan qalxa bilər. Diplomatik gərginlik bundan sonra da davam edə bilər. Hər halda, bir neçə telefon danışığı mövcud problemlərin hamısını həll etmək üçün kifayət deyil. Amma bəzilərinin iddia etdiyi kimi, hazırkı gərginliyin hərbi müstəviyə keçəcəyini düşünmürəmr".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR