İnsanlara hürriyət, millətlərə istiqlal!

Almazbek Atambayevin evinə basqın zamanı yaralanan şəxslərin sayı 98 nəfərə çatıb

679 08.08.2019 21:57 Dünya A A

Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayevin tutulması ilə bağlı Koy-Taş kəndində yerləşən iqamətgahına təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən edilən hücum zamanı yaranan qarşıdurmada yaralanan şəxslərin sayı artıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, 98 nəfər tibbi yardım üçün müraciət edib. 11 təhlükəsizlik işçisi hərbi xəstəxanaya köçürülüb. Bundan əlavə 13 zərərçəkən stasionar müalicə alır.

Qeyd edək ki, Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev tutulub.

O, özü polisə təslim olub. Sosial Demokratik Partiyasının rəsmisi Kunduz Joldubayev və keçmiş prezidentin tərəfdarı Farid Niyazov onun yanındadır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR