İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyanın kürd deputatı: Almaniya Türkiyəyə silah satışını dayandırmalıdır

1049 11.03.2017 19:09 Dünya A A

Almaniya Türkiyəyə silah satışını dayandırmalıdır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Almaniya parlamentinin millət vəkili Sevim Dağdələn söyləyib.

“Avropa Birliyi və Türkiyə arasında imzalanan miqrant razılaşması Merkel-Ərdoğan paktıdır. Bu sənəd Almaniya hökumətinə təzyiq üçün şantaj vasitəsidir. Hökumət Ərdoğanın kürdlərə qarşı savaşdığını bildiyi halda Türkiyəyə silah satır”, – deputat bildirib.

Qeyd edək ki, son günlər Almaniya-Türkiyə münasibətləri pisləşib. Buna səbəb Almaniyanın Türkiyəni siyasi liderlərinə ölkə ərazisində referendumla bağlı çıxış etmələrinə imkan verməməsi səbəb olub.

Sevim Dağdələn əslən Türkiyədəndir. Milliyyətcə kürddür.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR