İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyanın eks-kansleri öz yubileyini Putinlə birgə keçirib

1113 29.04.2014 17:31 Dünya A A
Almaniyanın sabiq kansleri Gerhard Şröder özünün 70 illik yubileyini Rusiya prezidenti Vladimir Putinin kampaniyasında qeyd edib. 

Musavat.com-un məlumatına görə, bu barədə “Spiegel” jurnalı yazıb. Təntənəli mərasim bazar ertəsi axşam Sankt-Peterburqdakı “Yusupov sarayı”nda keçirilib (Nə vaxt ki, Qərb Putin komandasına qarşı yeni sanksiyaları elan eləməyə hazırlaşırdı).

Nəşrin məlumatına görə, mərasimdə Putindən başqa “Rosneft”in Direktorlar Şurasının üzvü Mattias Varniq və “Qazprom”un başçısı Aleksey Miller da iştirak edib. 

“Spiegel” keçmiş hökumət başçısının bu hərəkətini sərt tənqid edib. “Putin köhnə KQB agenti manerasında hərəkət edir və Şröderin davranışı onun düzəlməsinə az kömək edir. O, impulsiv hərəkət edir və belə görünür, unudur ki, hökumətin keçmiş başçısı ölkəsinin şəxsində buna görə cavabdehlik daşıyır”, - deyə nəşr qeyd edib. Müəllifə görə, Şröder Rusiya lideri ilə dost münasibətlərindən yaxşı mənada istifadə də edə bilərdi.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR