İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada toqquşma

1334 27.10.2014 16:12 Dünya A A

ANS PRESS-in məlumatına görə, 2500-dək radikal futbol azarkeşi "xuliqanlar sələfilərə qarşı" şüarı ilə Qərbi Köln şəhərinə toplaşıb, 500-ə yaxın sol və anti-faşizm əleyhinə etirazçı da aksiyaya qoşulub.

Şahidlər sosial şəbəkələrdə yazıblar ki, ötən gündən başlayan gərginlik getdikcə artıb. Sağyönümlü etirazçılar "əcnəbilər, çıxın gedin!" şüarları səsləndiriblər. Daş, şüşə qab və fişəng atan etirazçılara qarşı dəbilqə geymiş polis bibər qazı, təzyiqli su, dubinka və zirehli nəqliyyatla müdaxilə ediblər.

Xatırladaq ki, oktyabrın əvvəlində Almaniyada Şimali İraq və Suriyada İŞİD terror qrupunun yaratdığı münaqişəyə görə kürdlərlə radikal müsəlmanlar arasında toqquşma olub. Aksiya şimaldakı Hamburq şəhəri və digər yerləri əhatə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR