İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada naməlum şəxs insanlara atəş açıb, ölən və yaralananlar var

807 20.05.2018 03:36 Dünya A A

Almaniyanın Saar federal torpağının Fexingen yaşayış məntəqəsində naməlum şəxs insanlara atəş açıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü yerli polisə istinadən "Saarbrücker Rundfunk" teleradio stansiyası məlumat yayıb.

Hadisə nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Atışmanın terrorçuluqla bağlı olmasından hələ ki, söhbət getmir. İlkin məlumatlara görə, hadisə qurbanları bir ailənin üzvləridirlər.

Şübhəli şəxs saxlanılıb, vətəndaşlar üçün təhlükə yoxdur. Hadisənin digər təfərrüatları açıqlanmır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR