İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada müdhiş cinayət: 57 yaşlı çilingər iş yoldaşlarını serial şəkildə zəhərləyib

2608 21.11.2018 13:35 Dünya A A


Almaniyanın Bilefeld şəhərində Klaus O, adlı bir şəxsin məhkəməsinə başlanıb. Bir zavodda çilingər vəzifəsində çalışan bu adam neçə illər ərzində iş yoldaşlarının buterbrodlarına yüksək toksik maddələr əlavə edib, onları zəhərləyib.

Xəbərdə hadisənin Şlos-Holte-Ştukenbrok şəhərində “Ari” armatur zavodunda baş verdiyi göstərilib.

Jurnalist Barbara Opitsin yazdığına görə, zavodda bəzi faktların üst-üstə gəlməsi hər kəsi şübhələndirib. Öncə Nika N. adlı 26 yaşlı fəhlə ağır zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Onun civə qəbul etdiyi ortaya çıxıb. Hazırda həmin gənc komadadır və tez-tez qıcolma keçirir.

Daha sonra Udo B.adlı fəhlədə böyrəklər çalışmamağa başlayıb. Hazırda o, həftədə 3 dəfə dializ proseduru keçməlidir. Eyni problemlər Simon R. adlı işçidə də aşkar olunub. Buna qədər isə "Ari" zavodunda xərçəngdən tutmuş infarkt və beyin iflicinə qədər hər cür xəstəlikdən neçə-neçə ölümlər qeydə alınıb.

Simon R.-nin böyrəkləri ilə bağlı problemlər ortaya çıxdıqan sonra zavoda kameralar quraşdıran rəhbərlik Klaus.O-nun əməlini tuta bilib. Klaus O. Həmin zavodda 40 ildən çox işləyib. Kameralarda onun Simon R-nun çantasından buterbrodu götürüb onun içinə ağ toz əlavə etdiyi və sonra yerinə qoyduğu görünüb.

Картинки по запросу Ari Armaturen“ soll Klaus O.

Bir neçə gün sorna Klausun evində axtarış aparan polislər burada əsl zəhər laboratoriyası, yüksək toksikli maddələrin arsenalını aşkar ediblər.

Klaus O. haqqında məhkəmə bu ilin noyabrın 15-də başlanıb. Prokurorluğun ittiham aktında bəhs olunan şəxsin 2015-2018-ci illərdə "Ari" zavodunun əməkdaşlarının buterbroduna müxtəlif mənşəli maddələr əlavə edərək onları zəhərlədiyi qeyd edilir.

Prokurorluğun təsbitinə əsasən həmin adam həmkarlarının gündən-günə zəifləməsinə, onların əzab və ağrı çəkməsinə baxıb müşahidə edirmiş və bundan həzz alırmış.

Lakin polis öz axtarışlarını 3 illə çərçivələmək niyyətinə deyil. Onlar son 18 il ərzində zavodun müxtəlif səbəblərdən dünyasını dəyişən 21 işçisinin də meyitlərinin eksqumasiyasını həyata keçirəcək.

Картинки по запросу Ari Armaturen“ soll Klaus O.

Həmkarlarının etdiyinə görə, Klaus O. özünün xarakterini büruzə verməyib. Onun 38 il ərzində hər gün səhər velosipedlə işə gəldiyi, ömür boyu başını dəzgahdan ayırmadığı, iş yoldaşlarını salamına cavab vermədiyi, onlarla nahar etmədiyi, fasilə vaxtı yemək yeyən şəxsləri qəzəblə kənardan izlədiyi ortaya çıxıb.

Klaus O.-nun işdə həmkarlarına qarşı qəzəbli davranışı da son zamanlar diqqət cəlb eidb. Onun iş yerində materialları düzgün şəkildə qoyulmamasına görə tez-tez işçilərlə dalaşdığı qeyd edilib.

“Kalus O. yarım ildir ki, həbsdədir. Onun heç kimlə, o cümlədən vəkili ilə də kəlmə kəsmədiyi deyilir. Bu adam susduğu müddətdə isə Şlos-Holte Ştukenbrok-da narahatlıq artmağa başlayıb”, - müəllif sona bildirir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR