İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada çağırış: “Hərbi xidmətə yararlı qaçqınlar Ukraynaya qayıtsın”

552 24.12.2023 12:30 Dünya A A

Hərbi çağırış yaşında olan ukraynalıların vətənlərinə qaytarılması Almaniyanın maraqlarına uyğundur.

Musavat.com xəbər verir ki, bu fikri “Focus” jurnalının müxbiri Ulrix Reyz bildirib.

Onun sözlərinə görə, Almaniyaya gələn ukraynalılar üçün inteqrasiya kursları nəticə verməyib, çünki qaçqınların yarıdan çoxu dil imtahanından minimum səviyyəni keçə bilməyib.

Bundan əlavə, Ukraynadan olan immiqrantlar Almaniyada digər Avropa ölkələrinə nisbətən daha az işləyir və sosial müavinətlərdən yararlanaraq ölkədə ilişib qalırlar.

Reyz hesab edir ki, hadisələrin bu cür inkişafı Almaniya hakimiyyətinə ukraynalılara münasibətinə yenidən baxmaq və çağırışçıları vətənlərinə göndərmək zərurətindən xəbər verir.

Bundan əvvəl Almaniyanın “Welt” qəzeti yazıb ki, Ukraynanın müdafiə naziri Rüstəm Umarov Almaniyada və digər ölkələrdə yaşayan 25-60 yaşlı kişiləri hərbi xidmətə çağırmağı düşünür.

Nəşr qeyd edib ki, Umarov hərbi komissarlıqlara gəlməməyə görə sanksiyaların olacağını açıqlayıb. Eyni zamanda əlavə olaraq 450-500 min əsgərin səfərbər edilməsi planlaşdırılır.

Bir müddət əvvəl Estoniyanın da yaşı hərbi xidmətə çatan ukraynalıları vətənlərinə qaytarmaq niyyətində olduğu bildirilirdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR