İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada 2 suriyalı qorxudan özünü 4-cü mərtəbədən atdı - FOTOLAR

1901 29.12.2019 18:44 Dünya A A

Evin qapısını sındıran da Suriya vətəndaşıdır

Almaniyanın “Bild” qəzetinin yaydığı xəbərdə deyilir ki, şənbə gününə keçən gecə Potsdam şəhərindəki binanın 4-cü mərtəbəsindən iki nəfər özünü aşağı atıb. Adları açıqlanmayan şəxslərin hamısı Suriya vətəndaşıdır.

Polisin məlumatına görə, 23 yaşlı suriyalı gənc səhər erkən saat 4:30-da zorla qapını sındırıb və içəri girib. Onun gəlişindən qorxan 23 yaşlı gənc və 27 yaşlı qadın özünü 4-cü mərtəbədən atıb. Hadisə yerinə gələn Ambulansdakı tibb personalı ağır yarlanan gənclərə ilk yarım göstərdikdən sonra onları xəstəxanaya çatdırıblar. Xilaskarlar və polis də hadisə yerində olub.

ev 1.PNG (911 KB)

Polis evin qapısını sındıran şəxsi həbs edib. Ancaq hadisənin səbəbi ilə bağlı məlumat verilmir. Bilinən odur ki, ortada narkotik maddə də var. İstintaq başlayıb.

ev 2.PNG (982 KB)

https://www.bild.de/regional/berlin/berlin-aktuell/in-potsdam-frau-und-mann-stuerzen-aus-4-stock-eine-festnahme-66961098.bild.html


Elbəyi Həsənli, Sürix

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR