İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya yenə Ukraynaya arxa çevirdi

889 22.04.2023 14:55 Son xəbər A A

Almaniyanın müdafiə naziri Boris Pistorius federal hərbi hava qüvvələrinin qırıcılarının Ukraynada istifadə üçün uyğun olmadığını bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözlərlə o, bu gün Ukraynanın Müdafiəsi üzrə təmas qrupunun (Ramşteyn qrupu) iclasında danışıb.

Nazirin sözlərinə görə, Almaniya ilə xidmətdə olan Avropanın “Tornado” və “Eurofighter” qırıcıları “indi Ukraynada mövcud olan döyüş şəraitindəkindən ”tamamilə fərqli xüsusiyyətlərə” malikdir. Bundan başqa, o, Almaniyanın özünün “nüvə mübadiləsi” deyilən əməliyyat zamanı (ABŞ-ın atom bombalarının daşınması) “Tornado” qırıcılarına ehtiyac duyduğunu söyləyib.

Xatırladaq ki, Ramşteyn bazasında Ukrayna üzrə təmas qrupunun iclasının iştirakçıları Ukraynaya artilleriya, atıcı silahlar, aviasiya sursatları, yanacaq, ehtiyat hissələri, modul körpülər, raketlər, yeni raket xəbərdarlığı sistemi, pilotsuz uçuş aparatlarının veriləcəyini bəyan ediblər.

Latviyanın müdafiə naziri öz növbəsində inventarda olan bütün “Stinger” zenit-raket komplekslərini rəsmi Kiyevə təhvil verməyə hazır olduqlarını açıqlayıb.

Pentaqonun rəhbəri Lloyd Ostin isə təkcə 2022-ci ilin fevral ayının sonundan bəri ABŞ-ın Ukraynaya 35 milyard dollardan çox yardım etdiyini bildirib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR