Almaniya XİN başçısı: "Türkiyədə çevriliş cəhdinin qarşısının alınmasından məmnunam"
"Türkiyə hökumətinin dövlət çevrilişinə cəhd göstərənlərə qarşı qanuni və siyasi vasitələrlə tədbirlər görməsi ən təbii haqqıdır".
"Report" "Hurriyet"ə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Frank Valter-Ştaynmayer "Rheinische Post" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Türkiyə dövlət çevrilişinə cəhdin baş verdiyi gecə uçurumun kənarındaydı: "Mən dövlət çevrilişi cəhdinin qarşısının alınmasından məmnunam. Türkiyə hökuməti dövlət çevrilişi cəhdinin arxasında Fətullah Gülənin olduğunu açıq şəkildə bəyan etdi. Biz hüquq çərçivəsində günahkarların müəyyənləşdirilməsini gözləyirik".






