Almaniya və Fransa birgə yeni nəsil hərbi döyüş reaktiv təyyarəsinin yaradılması məqsədi ilə 65 milyon avroluq müqavilə imzalayıb.
Avropa.info xəbər verir ki, bu, iki ölkə arasında hərbi sahədə birgə əməkdaşlıq proqramı çərçivəsində həyata keçiriləcək gələcək nəsil hərbi reaktiv təyyarə istehsalı layihəsidir.
Gələcək nəsil təyyarə sistemini “Dassault Aviation” və “Airbus” şirkətləri hazırlayacaq.
Gələcək nəsil təyyarələri 2040-cı ildə “Dassault Rafale” və alman “Eurofighters” təyyarələrini tədricən əvəzləməyə başlayacaq.
Bununla əlaqədar olaraq mövqeyini açıqlayan Fransanın müdafiə naziri Florens Parli deyib ki, bu iddialı sistemin hazırlanması “Airbus” və “Dassault”a həvalə edilib.
Qeyd edək ki, Fransa prezidenti Emannuel Makron və Almaniya kansleri Angela Merkel gələcəyin hərbi hava sisteminin (FCAS) yaradılması ilə bağlı bəyanatla çıxış ediblər.






