İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya və daha 4 dövlət NATO-nun sammitinin İstanbulda keçirilməsinə qarşı çıxıb

1233 31.05.2017 12:51 Dünya A A

Almaniya, Fransa, Danimarka, Hollandiya və Kanada NATO-nun növbəti zirvə toplantısının 2018-ci ildə İstanbulda keçirilməsi təklifinə qarşı çıxıb.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, rəsmi Ankara bu təklifi alyansın mayın 24-25-də Brüsseldə keçirilən sammitində irəli sürüb.
“Der Spigel” qəzeti yazıb ki, iki ölkə arasındakı mövcud böhranlı vəziyyətə görə Almaniya bu təklifin əleyhinə olub. “Die Welt”in məlumatına görə, NATO-nun üzvü olan digər dövlətlər bu təklifi dəstəkləyiblər.

Məlumata görə, yekun qərar təşkilata üzv dövlətlərin müdafiə nazirlərinin bu ilin iyununda Brüsseldə keçiriləcək toplantısında qəbul olunacaq.
Qeyd edək ki, NATO-nun 29 üzvü var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR