Almaniya və Belçikada güclü yağışların səbəb olduğu sel nəticəsində ölənlərin sayı artıb.
APA-nın "Sky News"a istinadən verdiyi xəbər görə, iki ölkədə ölənlərin sayı artıq 150-ni keçib.
Son məlumatlara görə, Almaniyada sel nəticəsində ölənlərin sayı 133-ə çatıb. Ən çox itki ölkənin qərbində - Reynland-Pfalz və Şimali Reyn-Vestfaliya federal torpaqlarında qeydə alınıb.
Belçikada isə sel nəticəsində 27 nəfərin öldüyü təsdiqlənib. Ölkənin daxili işlər naziri Annelies Verlinden bildirib ki, 20 nəfər hələdə itkindir.






