İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya Ukraynaya silah və hava hücumundan müdafiə sistemi verəcək

399 01.06.2022 14:01 Dünya A A

Almaniya kansleri Olaf Şolts bir daha Ukraynanı müasir hava hücumundan müdafiə sistemi ilə təmin edəcəyinə söz verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə kansler Şolts Almaniya parlamentində Ukrayna ilə bağlı aparılan müzakirələr zamanı deyib.

Parlamentin debatında ana müxalifət partiyasının lideri Fridrix Merts kanslerin Ukrayna ilə bağlı siyasətini sərt şəkildə tənqid edib. Buna cavab olaraq Olaf Şolts Ukraynaya əlavə silahların göndəriləcəyini bildirib.

“Yaxın həftələrdə biz Hollandiya ilə birlikdə dünyanın ən qabaqcıl 12 özüyeriyən haubitsasını Ukraynaya təhvil verəcəyik. Bundan başqa Ukrayna hərbçilərinin “Panzerhaubitze 2000” özüyeriyən artilleriya qurğuları ilə təlimləri bir neçə günə başa çatacaq”,-deyə alman lider qeyd edib.

Olaf Şoltsun sözlərinə görə federal hökumət bu yaxınlarda, Ukraynanın Almaniyanın ən qabaqcıl hava hücumundan müdafiə sistemlərindən biri sayılan “IRIS-T” raketləri ilə təmin olunacağını vurğulayıb.

“IRIS-T” infraqırmızı hədəf başlığı ilə təchiz edilmiş qısa mənzilli “hava-hava” tipli raket sistemidir. Əvvəlki “AIM-9 Sidewinder” raketlərini əvəz edən bu sistem Almaniyanın rəhbərliyi altında 6 iştirakçı ölkənin əməkdaşlığı ilə istehsal olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR