İnsanlara hürriyət, millətlərə istiqlal!

“Almaniya üçün Alternativ” Partiyasının sabiq sədri “yüngül cərimə” ilə canını qurtarıb

656 03.04.2019 14:40 Son xəbər A A

ABŞ-ın sabiq prezidenti Bill Klintonun and içəndən sonra yalan ifadələr verməsi ilə bağlı impiçment cəhdinin təkcə ölkə ictimaiyyətini deyil, həm də bütün Qərbi sarsıdan əhvalat, yəqin ki yadınızdadır. Əvvəlcədən and içib sonra yalan danışmaq, xüsusilə belə səviyyəli siyasətçilər üçün ağır qəbahət hesab edilir.

AZƏRTAC xəbər verir ki, Almaniyanın müxalifət partiyalarından biri olan “Almaniya üçün Alternativ” Partiyasının həmtəsisçisi və sabiq sədri, almaniyalı radikal sağçı Frauke Petri buna bənzər vəziyyətə düşmək riski qarşısındadır. Dünən Drezden Federal Əyalətinin məhkəməsi onun pul cəriməsi ödəməsi barədə hökm çıxarıb. Düzdür, F.Petri Klinton kimi böyük nüfuza malik siyasətçi deyil, amma hər halda, seçkilər zamanı yığılan ianələrlə bağlı işin təhqiqatının gedişində and içərək yalan ifadə verməsi alman siyasi dairələrini sarsıtdı. Günah işlətmənin bu növü Qərbdə heç də iltifata layiq deyil.

Petrinin vəkili andlı iclasçıları inandıra bilib ki, ittihamçının şübhələrinə rəğmən, Petri bilərəkdən yalan danışmayıb. Bu səbəbdən hakimlər prokurorun tələb etdiyi cəriməni 10,5 min avrodan 6 min avroya endirmək barədə qərar veriblər. Üstəlik, müttəhim altıncı dəfə ana olmağa hazırlaşır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR