İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya Türkiyə-Ermənistan barışıq layihəsinə start verib

1575 22.09.2015 18:53 Dünya A A
Türkiyə və Ermənistanın barışıq cəhdləri o zaman nəticə verə bilər ki, prosesə iki ölkənin cəmiyyətləri geniş şəkildə cəlb olunacaq. 

Musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın Ermənistandakı səfiri Matias Kisler bu gün İrəvanda keçirdiyi mətbuat konfransında bildirib. 
“Bildiyiniz kimi, 2009-cu ildə iki ölkə arasında protokollar imzalansa da, effektli olmadı. Səbəblərini də bilirsiniz. Biz hesab edirik ki, siyasi səviyyədə təmaslar saxlanması vacibdir. Ona da əminik ki, uğur qazanmaq üçün yalnız diplomatik səylər yetərli deyil” – səfir qeyd edib. 
Onun sözlərinə görə, emosiya iki xalqın barışığı və mümkün ünsiyyəti yolunda ən mürəkkəb əngəl olaraq qalır. “DVV İnternational” layihəsində yanaşma da elə bundan ibarətdir. Layihə hər iki cəmiyyətin gənc nümayəndələrinə toplaşmaq və tarixlə bağlı dialoq aparmaq imkanı verəcək – tarixi dərsliklər səviyyəsində yox, şəxsi səviyyədə hiss eləməklə” – deyib diplomat. 
Səfir Türkiyə və Ermənistanda belə görüşlərin xalqların yaxınlaşmasına rəvac verəcəyinə inanır. “Layihənin ən mühüm komponenti – Türkiyə və Ermənistana birgə səyahətlərdir. Hər tərəfdən 10 iştirakçı seçilib və onlar artıq Gümrüdə, Talində, Eçmiədzində və İrəvanda olublar. Sentyabrın 22-i proyektin Ermənistan hissəsinin reallaşmasının sonuncu günüdür. İkinci mərhələ gələn il Türkiyədə start götürəcək” –diplomat bildirib və əlavə edib ki, proqramın maliyyələşməsinə 850 min avro ayrılıb. 
Qeyd edək ki, “Birgə hərəkət elə” proqramı bu il sentyabrın 13-də start götürüb.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR