İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya səfirliyinə hücum edildi: 4 ölü, 100-dən çox yaralı var - Foto (Yenilənir)

8966 11.11.2016 06:40 Dünya A A
saat 00:55

Almaniyanın Əfqanıstandakı Səfirliyi bombalı hücuma məruz qalıb. 

Musavat.com-un məlumatına görə, bomba ilə yüklənmiş maşın səfirliyin qarşısında partladılıb. Hadisə gecə saatlarında baş verib. Partlayış nəticəsində 50 nəfər yaralanaraq xəstəxanalara aparılıb. 2 nəfərin isə öldüyü açıqlanıb.

Partlayışın gücündən yaxınlıqdakı ev və iş yerlərinin pəncərələri sınıb. Hadisə yerinə gələn alman əsgərlər binaya yaxınlaşmağa icazə vermir. Terror aktını “Taliban” terror təşkilatı üstlənib. Terror təşkilatı partlayışın Əfqanıstanın şimalındakı Kunduz vilayətinin bombardman edilməsinə cavab olduğunu bildirib. 

***

Birinci partlayışdan sonra yaxınlıqda ikinci bir partlayışın da meydana gəldiyi bildirilib. Bölgəyə NATO bazasından hərbçilər göndərilib. İkinci partlayışdan sonra atışma baş verib və yaralıların sayı 110 nəfərə çatıb. Ölü sayının artacağı istisna edilmir. Verilən məlumata əsasən, şəhərdə elektriklər kəsilib. 

***

Yerli mətbuatın yazdığına görə, partlayış nəticəsində ölənlərin sayı 4-ə, yaralıların sayı isə 119 nəfərə çatıb. Əfqanıstan Xarici İşlər Nazirliyindən isə ölü və yaralıların sayı barədə dəqiq məlumata malik olmamadıqları bildirilib. 


Musavat.com

a1

Афганская скорая. Архивное фото

a3

a2



Afganistan Almanya

Almanya'nın Mezar-ı Şerif konsolosluğuna Taliban saldırısı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR