İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya prokurorluğu İŞİD üzvü olmaqda şübhəli bilinən suriyalı qaçqını saxlayıb

401 28.04.2017 17:06 Dünya A A

Almaniya polisi Suriyada terrorçu İŞİD qruplaşmasının tərkibində döyüşməkdə şübhəli bilinən 23 yaşlı suriyalı qaçqını saxlayıb.

“Report” “DW”-yə istinadən xəbər verir ki, polis onu aprelin 27-də ölkənin cənub-qərbində yerləşən Baden-Vyurtemberq torpağının Biberax dairəsində nəzarətə götürüb.

Aprelin 28-də isə Federal Prokurorluğun əməkdaşları onun yaşadığı mənzildə axtarış aparıb. Məlumata görə, adı açıqlanmayan həmin suriyalı 2013-cü ildə İŞİD-ə qoşulmaqda və silahlı əməliyyatlarda iştirakda şübhəli bilinir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR