İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya prezidentinin "X" hesabı ƏLƏ KEÇİRİLDİ: "Hitler profili"nə ÇEVRİLDİ - FOTOLAR

812 15.02.2025 22:31 Dünya A A

Almaniya prezidenti Frank-Valter Ştanmayerin "Xhesabı naməlum şəxslər tərəfindən ələ keçirilib və "Hitler profili"nə çevrilib.

Musavat.com xəbər verir ki, hakerlər "adolf_gov" istifadəçi adı ilə “Almaniyanı yenidən möhtəşəm etməyə qayıtdım” mesajını paylaşaraq, MGGA adlı memkoinə investisiya etməyə çağırıblar.

Sosial şəbəkə istifadəçiləri profilin dövlət rəsmilərinə aid gümüş nişana sahib olmasına təəccübləniblər. Lakin sonradan məlum olub ki, bu, Ştanmayerin rəsmi hesabı olub və hakerlər tərəfindən ələ keçirilib.

Hadisədən bir müddət sonra sosial şəbəkənin moderatorları hesabı bloklayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR