İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya parlamentinin türk əsilli millət vəkilinin Türkiyə düşmənçiliyi hüdud tanımır

3288 31.10.2020 20:59 Son xəbər A A

Almaniya parlamenti Bundestaqın“Yaşıllar” partiyasından olan deputatı, Cem ÖzdemirinTürkiyəyə qarşı kin və küdurəti hüdud tanımır.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Türkiyə düşməni bu adam avropalı dostlarına yaltaqlanmaq üçün yeni iddia ortaya atıb.

Belə ki, Cem Özdemir Fransada baş verən son hadisələrdə Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanı suçlayıb.

Almaniyalı deputat məhz Türkiyə liderinin Avropadakı terrora ilham verdiyini bildirib.

Nə qəribədir ki, Cem Özdemir Fransada son günlərdə baş verən terror aktlarından birinin neonasistlər tərəfindən gerçəkləşdirildiyi faktına göz yumub. Bundan başqa o, ölkədə dini radikalizm meyllərini artmasında ancaq türk dərnəklərini suçlayıb.

Qeyd etmək lazımdır ki, Cem Özdemirin əsli Türkiyənin Tokat şəhərindədir. Məhz onun təşəbbüsü ilə Almaniyanın qanunvericilk orqanında Türkiyə və onun indiki prezidenti əleyhinə müxtəlif aktlar qəbul edilib. Cem Özdemir Bundestaqda qondarma “erməni soyqırımı” haqqında qanunun qəbul edilməsinin fəal təşəbbüskarı və iştirakçısı olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR