İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya öz istehsalı olan silahların Ukraynaya göndərilməsinə icazə verdi

476 26.02.2022 23:26 Dünya A A

Bir müddət əvvəl Ukraynanın silah xahişinə cavab olaraq nəinki silah verməyən, həmçinin NATO-dakı müttəfiqlərinə Almaniya istehsalı olan silahları Kiyevə verməyi qadağan edən kansler Olaf Şolts fikrini dəyişib.

Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın məşhur Bild nəşri hökumətdəki mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Almaniya Niderlandın 400 ədəd Panzerfaust reaktiv qumbaraatanlarını Ukraynaya verməsinə razı olub.

Kansler, həmçinin Estoniyanın AFR dövründən qalan qaubitsaları Ukraynaya çatdırmasına da icazə verib.

Bundan əlavə, "Bild" yazır ki, Almaniya hökuməti Ukraynaya 14 zirehli maşın və 10 ton yanacaq da göndərib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR