İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya kəşfiyyatı Rusiyanın ölkədəki siyasi partiyalarla əlaqələrini araşdırır

445 15.02.2019 20:42 Dünya A A

Almaniyada əks-kəşfiyyat funksiyasını icra edən Konstitusiyanın müdafiəsi üzrə federal idarə (BfV) Rusiyanın ölkədəki ultrasağ partiyalarla əlaqələrini araşdırır.

Bununla bağlı yerli RND agentliyi xüsusi xidmət orqanlarındakı qaynaqlarına istinadən məlumat verib.

RND-nin xəbərinə görə, bu həftənin ikinci günü Potsdam şəhərində BfV-də casusluğa və sağ ekstremizmə qarşı mübarizə üzrə bölgə idarələrini rəhbərlərinin iclası keçirilib. Burada rəsmi Moskvanın bu ilin may ayında Avropa parlamentinə, habelə payızda Almaniyanın 3 muxtar bölgəsində - Brandenburq, Türingiya və Saksoniya əyalətlərində keçiriləcək seçkilərə təsir etməklə bağlı qayğılar dilə gətirilib.

Potsdamdakı görüşdə həmçinin Kremlin Almaniyanın iri müxalifət təşkilatı sayılan “Almaniya üçün Alternativ” partiyası, habelə “Hüquq” adlı digər radikal sağ partiya ilə əlaqələri müzakirə edilib.

Xəbərdə “BfV”-nin Almaniya Milli-demokratik partiyası (AMDP) və “Pro-Bewegung” hərəkatının da fəaliyyətini izlədiyi qeyd olunub.

AMDP ultrasağ təşkilat, “Pro-Bewegung” isə regional sağ partiyaların birliyi sayılır. Həmin təşkilatın nümayəndələri 2018-ci ilin avqustunda Hemnitse şəhərində 35 yaşlı AFR vətəndaşının öldürülməsi ilə bağlı çıxan kütləvi iğtişaşlarda “fərqlənib”.

2017-ci ilin fevralında isə Almaniya üçün Alternativ partiyasının (AüA) o vaxtkı lideri Frauke Petrinin əri Markus Pretsellə, habelə deputat Yulian Flakla bilirkdə Moskvaya gələrək Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Liberal-Demokrat partiyasının sədri Vladimir Jirinovski və deputat Leonid Slutski ilə görüşmasi də xüsusi xidmət orqanlarının diqqət mərkəzinə düşüb. Onların ümumi məsrəfi 25 min avro tutan Moskva ziyarətinin bütün xərcləri Rusiya tərəfindən qarşılanıb.

AüA-nın digər üzvü, Bundestaqın deputatı Markus Fronmayer də Rusiya ilə gizli əlaqələrdə şübhəli bilinir.

Almaniya kəşfiyyatı Rusiyanın qara təbliğat vasitələrindən gələn təhdidin də az olmadığını vurğulayıblar. Bunların içində “Russia Today”, “Sputnik”, “Ruptly”, “Redfish”, “Russia Beyond the Headlines” kimi saytlar önə çıxır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR