Avropanın ən böyük iqtisadiyyatına malik Almaniyada hökumətin ölkəni koronavirusun vurduğu zərərdən xilas planı açıqlanıb.
Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, planı bu gün Almaniya kansleri Angela Merkel hökumətin fövqəladə iclasında imzalayıb. Plana əsasən Almaniya hökuməti iqtisadiyyatı stimullaşdırmaq və yerli sahibkarları dəstəkləmək üçün 750 milyard avro xərcləmək niyyətindədir.
Berlin əlavə sosial xərcləri qarşılamaq və alman şirkətlərinə birbaşa yardım etmək üçün 156 milyard avro borclanmaya gedəcək. Bundan əlavə, Almaniya hökuməti 600 milyard avroluq Xilas Fondu yaratmaq barədə qərar qəbul edib. Bunun 400 milyard avrosu sosial təminata, 200 milyard avrosu isə kreditləşmə və zərərçəkən şirkətlərin səhmlərinin alınması yolu ilə biznesə sərf olunacaq.
DÜNYA,
Musavat.com






