İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya hökuməti yarımkeçiricilər istehsalına 10 milyard subsidiya ayırır

660 19.06.2023 23:07 Dünya A A

ABŞ-ın Intel şirkəti Almaniya hökumətindən rekord həcmdə - 10 milyard avro subsidiya alır.

Musavat.com Bloombergə istinadən xəbər verir ki, bu məbləğ şirkətin Almaniyanın şərqində yerləşən Maqdeburq şəhərində yarımkeçiricilər istehsal edən zavodun tikintisi layihəsinin icrasına yönəldiləcək.

Agentlik bildirir ki, şirkətin rəhbəri Pet Gelsinger bu gün müvafiq müqaviləni imzalayıblar. İlk olaraq İntel zavodu Almaniya hökumətindən alınacaq 6,8 milyard avroya tikməyi planlaşdırırdı. Lakin iqtisadi problemlər üzündən zavodun işə salınması tarixi uzadıldı. Hazırkı plana əsasən zavod 2027-ci ildə istismara veriləcək.

Maqdeburq şəhər rəhbərliyinin hesablamalarına əsasən zavodun fəaliyyətə başlaması ilə şəhərdə enerji istehlakı 2 dəfə artacaq. Zavodun enerji təminatı üçün ayrıca yarımstansiyanın tikintisi nəzərdə tutulur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR