İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya cinayət törədən əfqanları və suriyalıları deportasiya edəcək

343 06.06.2024 14:46 Dünya A A

Almaniya ağır cinayətlər törətmiş Əfqanıstan və Suriya vətəndaşlarını deportasiya etməyə hazırlaşır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Almaniya kansleri Olaf Şolts ölkədə ağır cinayətlər törətmiş Əfqanıstan və Suriya vətəndaşlarının deportasiya edilməli olduğunu bildirib.

Şolts Bundestaqdakı çıxışında deyib: "Ciddi cinayət törədənlər Suriya və Əfqanıstandan gəlsələr belə deportasiya edilməlidirlər. Burada ciddi cinayətkarlara və terror təhdidlərinə yer yoxdur".

Kansler həmçinin vurğulayıb ki, ölkədə terror cinayətlərinin təriflənməsinə yol verilməyəcək. Şolts deportasiya qaydalarının sərtləşdiriləcəyinə diqqət çəkərək deyib: "Terroru tərifləyən hər kəs bütün dəyərlərimizə ziddir və deportasiya edilməlidir".

Ötən həftə Almaniyanın Mannheym şəhərində əfqan əsilli şəxsin polis əməkdaşını öldürməsindən sonra ölkədə əfqan və suriyalıların deportasiyası məsələsi müzakirə olunur.

Almaniya Daxili İşlər Nazirliyi bu məsələ üzərində işləyir, Əfqanıstan və ona qonşu olan dövlətlərlə danışıqlar aparır.

2021-ci ilin avqustunda Kabildə hakimiyyət dəyişikliyindən sonra Almaniya əfqanları deportasiya etməyi dayandırmışdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR