İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya Bundestaqının deputatları federalizm sistemində islahatlar aparılmasını istəyirlər

292 17.05.2019 01:52 Dünya A A

Xristian-demokrat (XDİ) fraksiyasının başçısı Ralf Brinkhaus AFR-in ali qanunvericilik orqanında – Bundestaqdakı çıxışında mərkəzlə federal əyalətlər arasında mövcud səlahiyyətlərin paylaşdırılması sisteminin yenidən dərk edilməsi təklifini irəli sürüb.

AZƏRTAC xəbər verir ki, siyasətçi bütün parlament fraksiyasının təklifini səsləndirib. O, əlavə edib ki, bu ideya əslində federalizm sistemində islahatlar aparılması deməkdir və əgər bu baş versə, onda ölkə tarixində sayca üçüncü belə islahatlar olacaq. Onun fikrincə, ilk növbədə, bütün ölkə ərazisində və federal əyalətlərdə maliyyələşdirilmə qaydalarının izah edilməsinə ehtiyac var.

Yerli KİV-lərin yaydığı məlumata görə, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer müzakirələrdə iştirak edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR