İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya Baş prokurorluğu avropalı diplomata qarşı casusluq ittihamı irəli sürüb

344 15.01.2020 18:27 Son xəbər A A

Almaniya Baş prokurorluğu ölkəni Avropa Birliyində təmsil edən diplomatlardan birinə və lobbiçilik firmasının iki əməkdaşına qarşı casusluq ittihamı irəli sürüb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, onlar Çin Xalq Respublikasının xeyrinə casusluq fəaliyyəti göstərməkdə suçlanırlar.

“Spiegel” jurnalının məlumatına əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları bu gün Brüssel və Berlində, habelə Bavariya və Baden-Vürtemberq vilayətlərindəki mənzillərdə istintaq-axtarış tədbirləri həyata keçirməyə başlayıblar.

İstintaqın gəldiyi nəticəyə görə, onlar Çinin Dövlət təhlükəsizliyi nazirliyinə xüsusi və xidməti xarakterli informasiyalar ötürməkdə şübhəli hesab edilirlər.

Əvvəllər Avropa Komissiyasının keçmiş əməkdaşı olan, sonradan Avropa xarici əlaqələr xidmətində çalışan, habelə Avropa Birliyini bir sıra ölkələrdə təmsil edən həmin diplomat iki ilmiş ki, əks-kəşfiyyat tərəfindən izlənirmiş. Lakin onun adı hələ açıqlanmır.

Həmin şəxsin 2017-ci idən bu yana Almaniyanın lobbiçilik şirkətlərindən birində çalışaraq burada Çin kəşfiyyatı ilə sıx əlaqələr qurduğu bildirilir. Adı çəkilməyən diplomat cinayət əməlinə firmanın daha iki işçisini əməkdaşlığa cəlb etməyə müvəffəq olub.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR