İnsanlara hürriyət, millətlərə istiqlal!

Alman partizanı tutub faşistlərə verən rus - Hitler işğal zonasında satqınlığı necə çiçəkləndirirdi?

4930 13.03.2021 15:04 Yaxın tarix A A

Almaniya qoşunlarının hərbi və döyüş əməliyyatlarına SSRİ-də yaradılmış partizan hərəkatının hansı problemlər yaratdığı haqqında çox yazılıb, filmlər çəkilib, mövzu ilə bağlı kitablar çap olunub. Müəlliflər xüsusilə qeyd ediblər ki, Adolf Hitler II dünya müharibəsinə başlayanda, SSRİ-yə hücum planını gerçəkləşdirərkən sovet partizanlarının müqavimətinin bu dərəcədə ağır olacağını ağlına gətirməyib.

Qeyd edək ki, 1941-1944-cü illərdə SSRİ-nin almanlar tərəfindən işğal olunmuş ərazilərində 6200 partizan dəstəsi fəaliyyət göstərib ki, onların ümümi üzvlərinin sayı 1 milyona çatıb. Qələbənin təmin olunmasında sovet partizanlarının xidmətləri nizami ordunun şəxsi heyətindən heç də az olmayıb. Bir statistik rəqəmi qeyd etməklə partizanların müharibədəki fəaliyyəti haqqında ilkin təəssürat əldə etmək mümkündür. Müharibə dövründə və müharibədən sonra 184 min sovet partizanı SSRİ-nin orden və medalları ilə təltif olunublar, onlardan 249-u Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

33.png (248 KB)

Sovet-alman müharibəsinin ilk aylarında Vermaxt qoşunları işğal etdikləri SSRİ ərazilərində partizanların fəaliyyətinin təhlükələri ilə üzləşəndə Almaniya rəhbərliyi partizan hərəkatına qarşı mübarizə üçün yeni vasitələrə əl atıb.

Partizan dəstələrinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardan ibarət olub:

1. Alman qoşunlarının işğal olunmuş SSRİ ərazisilrində dislokasiya olunmuş hərbi hissələrində diversiya törətmək.

2. Almanların istifadə edəcəyi yolları, dəmiryolu xətlərini, körpüləri sıradan çıxarmaq.

1-72-768x527.jpg (112 KB)

3. Rabitə xətlərini, almanların nəzarətində olan su borularını və anbarları, Vermaxt qoşunlarının istifadə etdiyi enerji mənbələrini və elektrik xətlərini, ərzaq, əşya və silah-sursat anbarlarını məhv etmək.

4. Kəşfiyyat işi aparmaq, informasiyalar əldə etmək.

5. Almanlar tərəfindən işğal olunmuş ərazilərdə dinc əhali arasında antifaşist təbliğatı aparmaq.

6. Sovet ordusunun həyata keçirəcəyi döyüş əməliyyatlarında iştirak etmək.

7. Səfərbərlik və təxliyyə işlərinin həyata keçirilməsində dövlət qurumlarına yaxından kömək etmək və s.

1941-ci ilin dekabr ayında Adolf Hitlerə sovet partizanlarının bu və digər funksiyaları haqqında məruzə ediləndə, fürer partizanlara qarşı aparılacaq mübarizə tədbirlərinə növbəti bir əlavəni edib.

70.jpg (82 KB)

Bu əlavə nədən ibarət olub?

Hitler göstəriş verib ki, işğal olunmuş ərazilərdə dinc əhali arasında təbliğat işi daha da gücləndirilməlidir. Bununla yanaşı, işğal olunmuş ərazilərdəki insanları maddi cəhətdən maraqlandırmaq, onlara partizanların ələ keçirilməsi, yaxud da yerlərinin müəyyənləşdirilməsi zamanı mükafat veriləcəyi vəd edilməlidir.

Bu işin həyata keçirilməsini Hitler təbliğat naziri Göbbelsə həvalə edib. Mexanizm işə salınıb. İşğal olunmuş ərazilərdə almanlar yerli əhaliyə qazanc gətirə biləcək təbliğat işlərinə başlayıblar.

Satqınlığa, partizanları ələ verməyə, yaxud da yerini bildirməyə görə mükafatlar ayrı-ayrı bölgələrdə fərqli müəyyənləşib.

1024px-Soviet_guerilla.jpg (180 KB)

Məsələn, Ukraynanın Poltava ərazisində partizan dəstələrinin başçısını tutub gətirən, yaxud da yerini dəqiq bildirən şəxsə 10 min rubl pul vəd edilib. Mövcud dövr üçün bu böyük məbləğ sayılıb. Belə ki, həmin dövrdə orta aylıq gəlir maksimum 300-400 rubl təşkil edib.

Yerli dinc əhali arasında kimsə bir partizanı tutub gətiribsə 25 min rubl mbləğində pulla mükafatlandırılıb.

Mükafatlar təkcə puldan ibarət olmayıb. Almanlarla işbirliyinə gedənlər, onların tapşırıqlarını yerinə yetirənlər, partizanlar haqqında dəqiq məlumat verənlər torpaq sahəsi, inək, donuz, ərzaq məhsulları ilə mükafatlandırılıblar.

Smolensk istiqamətində partizanların tərəfinə keçən alman zabiti Frits Ştroytsın tutulması üçün Göbbels daha böyük mükafat vəd edib. Yerli rus sakinlərdən biri bütün “gücünü” və hiyləgərliyini səfərbər edərək partizan dəstəsinə qoşulub, etibar qazanıb, sonda isə Frits Şmenkeli aradan çıxararaq almanlara təhvil verib. O, bu “qəhrəmanlığına” görə 1 hektar torpaq, 1 ev, 5 inək və 20 donuzla mükafatlandırılıb.

33-2.jpg (41 KB)

Ən yüksək mükafatlar partizan dəstələrinin başçıları olan Anatoli Şestakov, Mixail Sokolov, Sidor Kovpak üçün nəzərdə tutulub . Onların tutub gətirənlərə 40 min marka mükafat vəd edilib.

Almanların “pul mükafatı” sövdələşməsinə gedən sovet vətəndaşları az olmayıb. Amma onlar həmin pullar rahat xərcləyə bilməyiblər. Müharibədən sonra onlar ən ağır maddə ilə, vətənə xəyanətdə ittiham olunaraq güllələniblər.

Bununla da Hitlerin partizanlara qarşı mübarizə üçün ayırdığı böyük məbləğlər havaya sovrulub.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR