İnsanlara hürriyət, millətlərə istiqlal!

Alla Puqaçovanın villası sökülə bilər

614 09.04.2025 18:57 Şou-biznes A A

Rusiyanın tanınmış müğənnisi Alla Puqaçovaya məxsus Moskvaətrafı Malıye Berejki qəsəbəsində yerləşən villa söküntü ilə üz-üzədir.

Bu barədə KP.RU-ya əmlak üzrə ekspert Viktoriya Markova məlumat verib.

Hazırda 152 milyon rubla satışa çıxarılan villa su mühafizə zonası ərazisinə çox yaxın tikildiyi üçün qanun pozuntusu hesab olunur. Potensial alıcılar da binanın sökülə biləcəyindən xəbərdardır.

Rieltorun sözlərinə görə, bu bina real dəyərindən iki dəfə baha qiymətə satışa çıxarılıb. Köhnə tikili olmasına baxmayaraq, yalnız interyeri yenilənib. Amma dam örtüyü və mühəndis-kommunikasiya xətləri əsaslı təmirə ehtiyac duyur. Bundan əlavə, qəsəbədə ümumi kanalizasiya və mühafizə sistemi yoxdur./Baku.ws/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR