İnsanlara hürriyət, millətlərə istiqlal!

Alkapon söküntüsünə görə sahibkarların arenda şikayətinə reaksiya

834 05.08.2019 14:09 Son xəbər A A

MMC-nin direktoru Fariz İbrahimli obyekt sahiblərinə may və iyunda güzəşt olunduğunu açıqladı

Ötən həftə paytaxtın Bakıxanov qəsəbəsində 8 binada alkapon söküntüsünə görə obyektlərin fəaliyyətinin zəiflədiyini yazmışdıq.

Ticarətçilər iddia edirdilər ki, “Uğur-2” yaşayış kompleksində gedən təmir işləri ilə əlaqədar müştəri üzünə həsrət qalıblar və dükanlardan aylıq icarə haqqı alan bir MMC onlara bu məsələdə güzəştə getmir.

Məsələ ilə bağlı həmin MMC-nin direktoru Fariz İbrahimli “Yeni Müsavat”la əlaqə saxlayıb və bildirib ki, gördüklərimiz işin qarşılığında yazılanlar bizi sarsıdıb:

“Belə ki, sözügedən binada bu ilin mayından etibarən sakinlər üçün daha təhlükəsiz yaşayışlarının təminatı ilə bağlı olaraq alkapon söküntüsü işləri başladılıb. Qeyd edim ki, söküntü işlərini həyata keçirən şirkətlə bizim “MMC”-nin heç bir bağlılığı yoxdur.

Söküntü işləri başladıqdan sonra təbii olaraq obyekt icarəçiləri bizə yaxınlaşaraq, alverlərinin azalması səbəbini göstərərək müəyyən güzəşt edilməsini bildirdilər.

İcarəçilərlə ofisdə həyata keçirilən görüş zamanı onlara mənə ayın sonuna kimi müddət verilməsini xahiş edərək, birmənalı köməklik göstərəcəyimi bildirdim.

Təbii olaraq müraciət edən hər bir icarəçiyə verdiyim sözə uyğun olaraq 1 ay müddətinə aylıq icarə haqlarına tam şəkildə güzəşt edildi, onlarla bağlanmış müqavilələrə əlavələr imzalandı, icarəçilər bizim bu addımı yüksək qiymətləndirdilər.
Müqavilə əlavələri üzrə güzəştlər iyun və may aylarında həyata keçirilib. Bu günə kimi də bizə hər hansı bir şikayət daxil olmayıb.

Yuxarıda qeyd edilənlərə baxmayaraq, məqalədə qeyd olunur: “Biz bir ay işləyə bilməmişik. Buna görə bir qəpik də yer pulu verməməliydik. Biz neçə dəfə xahiş elədik ki, arendanın məbləğində güzəşt edin, dedilər, müraciətə baxılacaq, amma nəzərə almadılar. Əgər sən təmir işlərinə başlamısansa və mən sənin ucbatından öz gəlirlərimdən olmuşamsa, ən azı icarə haqqında hesablanmalıdır, heç olmasa yarısı verilməlidir”. Bu ifadələr tamamilə həqiqətdən uzaqdır.

Bu günə kimi yaranan problemlərin icarəçilərlə MMC arasında həll olunaraq çözüldüyü kimi bu gündən sonra da hər hansı problem təbii ki həll olunacaq”.

F.İbrahimli qeyd etdi ki, həqiqət bilinmədən belə məqalənin yayınlanması bizi çox narahat edib.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR