İnsanlara hürriyət, millətlərə istiqlal!

Alimlərdən xərçənglə bağlı XƏBƏRDARLIQ - 50 yaşdan aşağı insanlarda...

7902 12.01.2024 14:46 Yaşam A A

Xərçəng xəstəliyinə yoluxma hallarının sayı 50 yaşa qədər əhalinin hər 100 min nəfərinə 107,8-ə yüksəlib. Bu rəqəm 20 il əvvəllə müqayisədə 12,8% çoxdur.

Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri "BMJ Oncology" elmi jurnalında aparılan araşdırmaya istinadən yazıb.

"Çox güman ki, bu, ətraf mühitdəki dəyişikliklər, yeməklərimiz, dərmanlarımızın tərkibi və ya hələ müəyyən etmədiyimiz bir şeylə bağlıdır", - deyə Memorial Sloan Kettering Xərçəng Mərkəzinin sözçüsü Andrea Çerçek bildirib.

"BMJ Oncology"də yazan digər tədqiqatçılar xərçəng diaqnozu qoyulan gənclərin sayının durmadan artdığını təsdiqləyiblər.

Bu tendensiyanın səbəbləri hələ də məlum deyil. Bununla belə, alimlər müəyyən ediblər ki, yeniyetməlik dövründə qazlı içkilərdən istifadə, oturaq həyat tərzi, keysəriyyə əməliyyatı ilə doğuş xəstəliyin riskini artırır.

Alimlər həmçinin müəyyən antibiotiklər, antidepresanlar qəbul etdikdən və ya nadir infeksiyalara yoluxduqdan sonra xərçəng riskinin artdığını bildiriblər.

WSJ-nin məlumatına görə, 50 yaşdan aşağı insanlarda ən yüksək xərçəng göstəriciləri Şimali Amerika, Qərbi Avropa və Avstraliyada qeydə alınıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR