İnsanlara hürriyət, millətlərə istiqlal!

Alimlərdən SENSASİON KƏŞF: Keçmişlə bağlı fikirlər KÖKÜNDƏN DƏYİŞDİ FOTO

1542 02.02.2024 12:01 Dünya A A

Beynəlxalq alimlər qrupu Almaniyanın şərqində Homo sapiens (Ağıllı insan) qalıqlarını aşkar edib.

Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın "Deutsche Welle" (DW) nəşri yazıb.

Qeyd olunub ki, yeni kəşf ilk Homo sapiensin ən azı 45 min il əvvəl buraya gəldiyini göstərir.

Məlumata görə, Türingiya federal əyalətində, Ranis şəhərinin yaxınlığındakı İlsenhöhle mağarasında tapılan qalıqlar keçmişlə bağlı fikirləri kökündən dəyişir.

Belə ki, indiyə qədər Homo sapiensin Avropada təxminən 40 min il əvvəl məskunlaşdığına inanılırdı. Daha qədim dövrlərə aid tapılan daş bıçaqlar Neandertallara aid edilirdi. İndi elm adamları bu alətlərin Homo sapiens tərəfindən düzəldiyinə inanırlar. Məlum olub ki, onlar Avropada çox uzun müddət - təxminən 10 min il Neandertallarla paralel yaşayıb.

Bildirilib ki, İlsenhöhle mağarası həm heyvanlar, həm də insanlar tərəfindən sığınacaq və müvəqqəti yaşayış yeri kimi istifadə edilib.

O dövrün heyvan dişlərinin təhlili göstərir ki, bölgədə çox soyuq kontinental iqlim hökm sürüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR