İnsanlara hürriyət, millətlərə istiqlal!

Alimlər xəbərdarlıq edir: ətrafınızdakı psixopatları belə tanıyın

5168 11.03.2018 17:50 Maraqlı A A

Hər gün mətbuatda bir-birindən fərqli qəddarlıq hekayələri ilə qarşılaşırıq. Arvadını kəsən ər, uşaqlarını bir evin içində yandıran ata, ərini vəhşicəsinə yaralayan qadın.... Bunlar təkcə qəddarlıq nümunələri sayılmır. Bu, həm də psixopatiyanın əlamətləridir.

Musavat.com xarici mediaya istinadən psixopatlıqla bağlı bir arayış təqdim edir. Əgər ətrafınızda bu əlamətləri əks etdirən şəxslər varsa, onlardan ehtiyatlanmanız lazımdır.

Ümumiyyətlə, mütəxəssislər psixopatiyanın bir şəxsiyyət pozğunluğu olduğunu və müalicəsinin heç bir şəkildə mümkün olmadığını deyirlər. Bir çox şəxsi özəllik kimi psixopatiya da bir özəllikdir. Ümumi statistikada kişilərin təxminən yüzdə 1-2 faizinin, qadınların isə yüzdə 0,3-0,7 faizinin həqiqi psixopat olduğu təxmin edilir.



Zalımlıq, başqalarına təsir göstərmək cəhdi, daxili qəddarlıq hisslərinə hakim ola bilməmək, razı sala bilmək kimi psixopat xüsusiyyətlərinə sahib fərdlər də zaman-zaman normal bir həyat tərzi keçirə bilirlər.

Həqiqi bir psixopatı cəmiyyətin qalan hissəsindən ayıran cəhət empati hissindən məhrum olmasıdır. Psixopatlar heç bir zaman başqalarının hisslərini anlaya bilmir, ya da özləri yaxşı durumda olanda acı çəkən insanları görüb kədərlənmirlər. Hətta bir psixopat başqasının həyatında xaosa səbəb olanda özünü üstün hiss edərək, xoşbəxt olur. Empatidən məhrum olmaq psixopat üçün problem təşkil etmir. Dolayısı ilə özlərində bir problem olduğunu da düşünmürlər. Bu rakursdan baxanda əgər “Görəsən psixopatam” deyə narahat olursuzsa, bu, psixopat olmadığınız anlamına gəlir. Çünki gerçək psixpat heç zaman özü haqda belə fikrə düşmür. Bundan başqa, həqiqi bir psixopat əsla müalicə olunmur.

Psixoloq və terapist Perpetua Neo Business Insider-ə verdiyi açıqlamada deyib ki, “Bu zamana qədər oxuduğum, eşitdiyim, gördüyüm və əlsə etdiyim təcrübədən yola çıxaraq deyə bilərəm ki, qaranlıq üçlük (dark triad), şəxsiyyət pozğunluğu olanlar müalicə edilə bilmir. Bu xüsusiyyətlərə sahib olan şəxslər (narsistlik, Makyavelcilik və psixopatiya) əsasən olmadıqları insanlarmış kimi davranış məsələsində uğur qazanırlar. Məsələn, müalicə edilməyə razı olsalar belə, terapistlərini manipulyasiya edə və aldada bilirlər. Sanki bir şou yaradırlar: terapistlərinin qarşısında saxta bir şəxsiyyətlə otururlar. Qarşılarındakı şəxsin sərhədlərini necə zorlayacaqlarını yaxşı bilirlər. Belə vəziyyətlərdə psixopatın qarşısındakı insan xeyli əlaqəsiz, müvazinətsiz görünür”.

King’s College Londonda çalışan ədliyyə psixiatrı Nigel Blackvood tərəfindən yayımlanan bir məqalədə psixopatların cəza və ya sosial damğalanmadan qorxmadıqları qeyd edilir. Psixopatlar cəmiyyət qaydalarına uyğunlaşmaq ehtiyacı hiss etmədiyi üçün cəmiyyətin gözləntilərinin onların davranışı üzərində hər hansı bir təsiri olmur.

Картинки по запросу Psikopatlığın Tedavisi Yok

Ən yaxşısı mükafat xarakterli münasibətdir. Bir cinayətə görə cəza verildiyində,verilən cəzanın psixopatın üzərində təsiri yoxmuş kimi görünməsinin səbəbi də elə budur. Blackvoodun düşüncəsinə görə, yaşlı bir bir psixopatı həbsdə sağaltmağa çalışmaq inanılmaz dərəcədə çətindir. İstenildiyi kimi davrandığı zaman insane ən sevdiyi yeməyi, ya da video oyununu vermək kimi mükafat xarakterli müalicə isə həbsə atılan psixopatlarla mübarizə etmənin ən yaxşı patlarla mübarizə etmənin ən yaxşı yolu kimi qəbul edilir. Ancaq bu insanları sakit tutmaq sadəcə bir nəzarət üsulu, müalicə üsulu deyil. Bütün psixopatlar cinayətkar halına gəlmir. Bir çoxu heç kim onların həqiqətən kim olduğunu fərq etmədən yaşayıb gedir. Amma onların problem yaradıb-yaratmayacaqları vacib məqamlardan biridir. Elm isə sübut edib ki, onların şəxsiyyətlərinin dəyişə biləcəyi ilə bağlı ortada heç bir sübut yoxdur.

Bir çox insanın özəlliyi kimi, psixopatiya da bir özəllikdir. Psixopatlar cəmiyyət normaları ilə ayaqlaşma ehtiyacı hiss etmədikləri üçün cəmiyyətin gözləntilərinin də onlar üzərində hər hansı bir təsiri olmur.

Sevinc TELMANQIZI
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR