İnsanlara hürriyət, millətlərə istiqlal!

Alimlər qlobal istiliyə qarşı ... Günəşi qaraltmağı təklif edirlər

1334 01.12.2018 16:41 Dünya A A


Xeyr, bu hansısa fantastik hekayədən götürülmüş fikir deyil.

İdeya dünyanın adlı-sanlı iki təhsil ocağı, Harvard və Yel universitetlərinin alimləri tərəfindən verilib.

Almaniyanın “Stern” jurnalının verdiyi məlumata görə, “Environmental Research Letters” jurnlailında dərc olunan məqalədə bununla bağlı hipotez irəli sürülüb. Belə ki, ekspertlər Günəş şüalarının Yerə təsirini azaltmaq məqsədilə stratosferə kimyəvi maddələrin atılmasını təklif ediblər. “Stratosfer aerozolları inyeksiyası” adlanan bu layihədə 20 km hündürlükdə sulfat minerallarının səpilməsi fikri təklif olunub.

Səpilmə işinin təyyarələr vasitəilə aparılması nəzərə tutulur. 

Lakin alimlərin özlərinin də etiraf etdiyi kimi, hələ ki bu həcmdə kimyəvi maddələri səpə biləcək təyyarə mövcud deyil.
15 il sonra həyata keçrilməsi planlaşdırılan proqram üçün 3,5 milyard dollar pul tələb olunur. Ilk 15 il ərzində isə proqramın hər illik icrası 2,5 milyard dollara başa gələcək.

Burada bütün dövlətlərin razılığı oldquca vacibdir. Çünki potensial olaraq ekstremal hava şəraitinin yaranması, bunun nəticəsidə bütün məhsulların yox olması və beləliklə, ümumdünya aclığının yaranması təhlükəsi doğa bilər.

Digər alimlər bu fikrə şübhəilə yanaşıblar. Almaniyanın Federal Texniki Məktəbinin eksperti Fridrix Telmanın fikrincə, günəş şüaları ilə manipulyasiya edilməsi zəhərli qazların havaya buraxılmasından daha bahalı və təhlükəlidir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR