Dünya alimləri koronavirusun yayılması tempindəki qanunuyğunluqların tapılması üzərində baş sındırırlar. Burada əsas çətinlik və diqqətçəkən məqam epidemiyanın ən çox inkiaf etmiş Avropa Birliyi və ABŞ-da tüğyan etməsi ilə bağlıdır.
Maraqlıdır ki, səhiyyə sistemi zəif sayılan Butanda 2, Nepalda 2, Laosda 10, Monqolustanda isə cəmi bir neçə adam virusa yoluxub.
Yüksək inkişaf etmiş sənaye bölgləri sayılan Honkonq, Tayvan, və Sinqapurda hakimiyyət strukturlarının savadlı fəaliyyəti xəstəliyin yayılmasının qarşısının alınması işində hər bir dövlət üçün nümunə sayıla bilər. Lakin çinli turistlərin qaynaşdığı ölkələr sayılan və heç də varlı hesab olunmayan, tibbi xidmətin zəif olduğu Vyetnam, Tayland, Filippinlər, Kambocada az insanın xəstələnməsi ayrıca təhqiqat mövzusuna çevrilib.
“The Washington Post” qəzetində mövzuya həsr olunan xüsusi yazıda ekspertlərin fikirlərinə yer verilib.
Massaçussts texnologiyalar institutunun alimləri, Qasim Buxari və Yusuf Camalın fikrincə, koronavirusa yoluxmaların 90 faizi 3 -17°S temperatura və 4-9 milliqram rütubətə malik ölkələrdə baş verir.
Buradan yaxın aylarda isti və rütubətli havanın Şimal yarımkürəsindəki bir çox ölkələrin vəziyyətini yaxılaşdırcağı nəticəsini çıxarmaq olar. Lakin eyni məntiqlə yaz, yay və payız aylarında Cənub yarımkürəsində situasiyanın pisləşəcəyi güman olunur.
Bununla bərabər ekspertlər koronavirusun yayılmasının önlənməsi işində sadəcə havaya güvənmənin doğru olmadığını, yüksək səviyyədə effektiv tədbirlərin görülməsinin vacibliyini vurğulayırlar.
Massaçussets texnologiya institutunun ətraf mühit şərtlərinin virusa təsiri ilə bağlı gəldiyi rəylərə görə, alimlər qəti söz söyləməyə tələsmirlər. Məsələ ilə əlaqədar Yuta universitetinin ekspertlərinin gələn ay açıqlayacağı raportun da önəmi böyük sayılır.
Çinin Lançjou universitetinin ekspertləri də hava şərtləri ilə koronavirusdan ölüm halları arasında əlaqənin doğru təsbit olunduğunu qeyd edirlər. Onlar Uhan şəhərində 2020-ci ilin yanvar ayının 20-dən fevralın 29-na qədər olan gündüz və axşam vaxtı havanın temperturunun ölüm saylarına təsirini araşdırıblar.
Məlum olub ki, gecə və gündüz arasında temperatur fərqinin böyük və rütubətin aşağı olması qurbanların sayını artırır.
Musavat.com






