İnsanlara hürriyət, millətlərə istiqlal!

Alimdən sevindirici proqnoz: Pandemiya SONLANA BİLƏR?

3368 18.02.2021 18:43 Gündəm A A

Dünyada koronavirusa yoluxma hallarının sayı tədricən azalan xəttlə gedir. Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) verilən son açıqlamalar da oxşar tendensiyanın müşahidə olunduğunu sübut edir. Ən əsası isə, uzun müddətdən sonra infeksiyanın yayılmasının azalması müşahidə edilir.

Musavat.com "Sputnik Türkiyə"yə istinadən xəbər verir ki, Rusiyanın tibb elmləri doktoru, mikrobioloq Vladislav Jemçuqov ölkə mətbuatına müsahibəsində pandemiyanın bitməyə yaxınlaşdığını deyib.

O, qeyd edib ki, dinamikanı başa düşmək üçün aşkar olunmuş infeksiya ilə aparılan testlərin sayını müqayisə etmək lazımdır: Məsələn, bir milyon test aparılıbsa və 100 min yoluxma göstərilibsə, yarım milyon testdən 90 mini müsbət çıxıbsa, o zaman yoluxma sayında həqiqi azalma olmayıb. Bu səbəbdən statistikaya diqqətlə yanaşmaq lazımdır. Pandemiya o zaman bitir və ya real zəifləmə olur ki, əhalinin 60-70 faizi virusla bu və ya digər formada təmasda olur."

Peyvənddən sonra bu əlamətlər olarsa... - Həkim rəyi

Mikrobioloq əlavə edib ki, bir il ərzində əhalinin əhəmiyyətli hissəsi virusla təmasda oldu: "Əhali sıxlığının yüksək olduğu ölkələrdə epidemiya yavaşlayır, çünki koronavirusla qarşılaşmayanların sayı getdikcə azalır. Həkimlərə müraciət etməyən, xəstəliyi simptomsuz keçirən və ya özləri müalicə olunan insanlar olduğundan virusla təmasda olanların dəqiq sayı məlum deyil. Bəzi təxminlərə görə, statistikaya daxil olmayanların sayını müəyyən etmək üçün rəsmi rəqəmləri ən azı 10-a vurmaq lazımdır. Kütləvi immunitet tədricən formalaşır. Odur ki, epidemiyanın yavaşlaması getdikcə daha çox nəzərə çarpır."

"Dediklərimizi ümumiləşdirsək, xəstələnmə ehtimalı aşağı düşür. Beləliklə kütləvi immunitet 80 faiz olduqda təbii şəkildə başa çatacaq. Amma pandemiya bütün ölkələrdə eyni vaxtda sonlanmayacaq. Bir çoxunda bu, əhalinin sıxlığından asılıdır. Məsələn, əhalisinin sayı çox olduğuna görə Çin hələ də təhlükəli bölgə olaraq qalır"-, deyə, Jemçuqov vurğulayıb.

Rusiyada koronavirusu havada aşkarlayan cihaz yaradılıb

Professor bundan başqa bildirib ki, yeni ştamların yaranması virusların inkişafının tam təbii prosesidir və bu olmalıdır:

"Pandemiyanın sonlanma prosesi yalnız virusun planına uyğun olaraq baş verəcək. Hər halda pandemiyadan yavaş-yavaş çıxdığımızı demək olar, bütün məhdudlaşdırıcı tədbirlər epidemiya prosesini ləngidir, lakin dayandırmır".

Toğrul İsmayıl,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR