İnsanlara hürriyət, millətlərə istiqlal!

“Alibaba” 90 dəqiqədə 16,3 milyard dollarlıq mal satıb

775 11.11.2019 17:12 Maraqlı A A

“Alibaba Group Holding LTD” “Subaylar günü” ilə bağlı keçirdiyi aksiya zamanı 90 dəqiqədən az bir müddətdə 114 mln. Çin yuanı yaxud 16,3 mlrd. ABŞ dolları (27,71 mlrd. manat) civarında alış-verişə imza atıb. 

“Report” xəbər verir ki, bu, ötən il 24 saat ərzində baş tutmuş dövriyyənin 50%-nə bərabərdir.

Məlumatda deyilir ki, 24 saat ərzində davam edəcək aksiya zamanı şirkətin ticarət dövriyyəsinin həcmi 500 mlrd. dolları ötəcək.

Məlumata görə, hər il noyabrın 11-də qeyd edilən bu alış-veriş festivalı dünyanın ən böyük festivalı hesab olunur. Bununla yanaşı, investorlar Çin iqtisadiyyatının 6% gerilədiyi zamanda bu ölkədən olan istehlakçıların necə iştirak etdiyini yoxlayırlar.

Qeyd edək ki, ötən il “Alibaba”nın satışları 27% artaraq 213,5 mlrd. yuan yaxud 30,7 mlrd. dollar (52,2 mlrd. manat) olub.

Xatırladaq ki, hər il noyabrın 11-də (11.11) “Subaylar günü” kimi qeyd edilir və bu münasibətlə xüsusi endirimlər olur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR