İnsanlara hürriyət, millətlərə istiqlal!

ALİ MƏKTƏBLƏRİN VAKANT YERLƏRİNƏ VƏ KOLLECLƏRƏ QƏBUL ÜÇÜN 1700-DƏN ÇOX ABİTURİYENT SƏNƏD VERİB

1626 20.08.2012 15:47 Gündəm A A

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bazar ertəsi Trend-ə verilən məlumata görə, ərizəsini təsdiqlədənlərin 1603-ü Azərbaycan, 146-sı rus bölməsinin abituriyentidir.
Abituriyentlərin 430-u I, 297-si II, 741-i III, 281-i IV ixtisas qrupu üzrə keçiriləcək müsabiqədə iştirak üçün ixtisas seçimi ərizəsini təsdiqləyib.
Bu il ali məktəblərdə 1924 plan yeri vakant qalıb. Bu il II ixtisas qrupunda qəbul planı 100 faiz yerinə yetirilib. I ixtisas qrupunda 799, III qrupda 510, IV qrupda 615 plan yeri boş qalıb.

Ali məktəblərin vakant və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə ixtisas seçiminə avqustun 19-dan başlanılıb və avqustun 23-dək davam edəcək.
Qeyd edək ki, ali məktəblərin cari ildə ayrılmış 33918 plan yerinə 31994 abituriyent qəbul olub. Qəbul planı 94% dolub.
Cari ildə 11 illik təhsil bazasından 54 orta ixtisas təhsili müəssisəsində 8727 plan yeri ayrılıb. Onlardan 7174-ü Azərbaycan bölməsi, 36 yer rus bölməsinin abituriyentləri üçündür. 1517 plan yerinə isə Azərbaycan və rus bölməsinin abituriyentləri üçün birgə müsabiqə keçiriləcək.
Ali məktəblərin vakant və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlər üçün müsabiqə ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən keçiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR