İnsanlara hürriyət, millətlərə istiqlal!

ALİ MƏKTƏBLƏRƏ SƏNƏD QƏBULU BAŞLANDI

1332 20.04.2010 10:37 Son xəbər A A

APA-nın xəbərinə görə, ali təhsil müəssisələrinə qəbul imtahanları üzrə ərizələrin qəbulu bu gündən mayın 31-dək davam edəcək.

Qeyd edək ki, 2010-2011-ci tədris ili üzrə ali təhsil müəssisələrinə 3-cü ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 4-də, 1-ci ixtisas qrupu üzrə iyulun 11-də, 4-cü ixtisas qrupu üzrə iyulun 17-də, 2-ci ixtisas qrupu üzrə isə iyulun 23-də keçiriləcək.

Qabiliyyət imtahanları iştirakçılarının qeydiyyatı aprelin 30-dan mayın 31-dək aparılacaq.

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu isə iyununun 28-dən iyulun 29-dək davam edəcək. Orta ixtisas müəssisələrinə qəbul imtahanları avqustun 29-da keçiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR