İnsanlara hürriyət, millətlərə istiqlal!

Alen Simonyan: “Ermənistan-Azərbaycan sülh sazişində Qarabağla bağlı bəndlər olmamalıdır”

1373 28.02.2023 12:33 Region A A

“Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh sazişi ilə bağlı bir sıra təkliflər üzrə konsensus var”.

Musavat.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

Lakin o, əlavə məlumat verməkdən və təfərrüatları açıqlamaqdan imtina edib: “Onu deyə bilərəm ki, bunlar beynəlxalq səviyyədə tanınmış prinsiplərdir”.

A.Simonyanın fikrincə, sülh müqaviləsində Qarabağ problemi ilə bağlı bəndlər olmamalıdır: “Ermənistan tərəfində son təkliflərə Bakının reaksiyası barədə məlumat yoxdur. Bununla belə, növbəti görüşün təşkili ilə bağlı həmişə müzakirələr gedir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR