İnsanlara hürriyət, millətlərə istiqlal!

Aleksey Navalnının dəfn yeri və tarixi bəlli oldu - FOTO

995 28.02.2024 14:07 Son xəbər A A

Aleksey Navalnının dəfn mərasimi martın 1-də Moskvanın Marino rayonundakı “Kədərlərimi söndür” kilsəsində keçiriləcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, dəfn mərasimi həmin gün yaxınlıqda, Borisov qəbiristanlığında baş tutacaq. Bu barədə siyasətçinin mətbuat katibi Kira Yarmış məlumat yayıb.

Korrupsiya ilə Mübarizə Fondunun direktoru İvan Jdanov ilkin olaraq vida və dəfn mərasiminin fevralın 29-da keçirilməsinin planlaşdırıldığını deyib. "Sonra məlum oldu ki, fevralın 29-da qəbir qaza biləcək bir nəfər də yoxdur", - deyə Jdanov yazıb.

O, bunu Rusiya prezidenti Vladimir Putinin fevralın 29-da Federal Məclisdə çıxışı ilə əlaqələndirib.

"Kreml başa düşür ki, Alekseylə vida günü Putin və onun mesajı heç kimə lazım olmayacaq", - deyə Jdanov bildirib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR