İnsanlara hürriyət, millətlərə istiqlal!

Aleksey Aretoviçdən etiraf : "Krım körpüsünü məhv etmək üçün gərək taktiki nüvə zərbəsi endirəsən"

712 22.06.2022 16:03 Dünya A A

“Ukraynanın hələ strateji körpüləri vura biləcək silahları yoxdur”.

Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, bununla bağlı etiraf Ukrayna prezidentinin müşaviri Aleksey Arestoviçdən gəlib.

Onun sözlərinə görə, hətta Ukraynaya tezliklə verilməsi gözlənilən ABŞ-ın HIMARS reaktiv yaylım atəşli raket sistemləri belə bu cür möhkəm strukturları dağıtmaq gücündə deyil.

"Birincisi, döyüş meydanının indiki konturları ilə “HİMARS”ların həmin körpüyə zərbə endirmək imkanı yoxdur. Təmas xətləri də həmin körpüdən uzaqdadır. İkincisi, Krım körpüsünü dağıtmaq çox çətin texniki prosesdir. Bunun üçün körpünün sütunlarını ciddi şəkildə zədələmək lazımdır. Krım körpüsü elə tikilib ki, onu dağıtmaq üçün gərək taktiki nüvə zərbəsi endirəsən. Körpünün üzərini vurmağın da mənası yoxdur, onu tez bir zamanda bərpa etmək mümmkündür”,-deyə o bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR